yüklənir
11-04-2018, 11:39 от Naila

STEP IT Academy'də Golden Byte beynəlxalq yarışmasının ikinci regional yarımfinal turu keçirildi / Texnoloqiya

Sabirabad life Jurnalı technote.az-in istisnadı ilə, xəbər verir ki,“Golden Byte” beynəlxalq İT yarışması yeni istedadlar və ideyalar üçün yaradılmış strartap sənaye platformasıdır. Müsabiqənin əsas məqsədi gənc mütəxəssislərə öz ideya və biznes layihələrini reallaşdırmaq, investor və vençur fondlarına yeni və güclü layihələr axtarışında yardımçı olmaqdır.“Golden Byte” gənc İT mütəxəssislərinə sözügedən sahənin peşəkarlarından faydalı məsləhətlər almaq, yeni əlaqələr qurmaq və ən əsası öz layihələrinə investisiya cəlb etmək üçün alternativ platformadır.Akademiyanın ictimai əlaqələr şöbəsindən verilən məlumata əsasən ikinci yarımfinal mərhələsi Junior Competition nominasiyası üzrə keçirilmişdir. Bu nominasiya çərçivəsində 10-17 yaş arası məktəblilər və tələbələr "Create the new world" mövzusunda web project, ətraf mühitin qorunması, sosial problemlərin həlli, səhiyyə və digər subnominasiyalar üzrə layihələr təqdim etmişdirlər. 184 qeydiyyatdan keçmiş layihənin arasından yarımfinal mərhələsinə 10 layihə,  finala isə 4 iş yüksəlmişdir.
Qeyd edək ki “Golden Byte” InterSystems, Intel, Dell, Microsoft, Logitech və digər aparıcı şirkətlər tərəfindən dəstəklənir. Partnyorlar arasında Azertelecom və Bakcell Applab İnkubasiya mərkəzini qeyd etmək lazımdır. Müsabiqənin təşkilatçısı isə STEP IT Academy-dir.

Baxılıb: 215
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив