yüklənir
25-01-2018, 22:40 от Naila

Yaponiya barmaq izlərinin skan edilməsinin yeni texnologiyasını hazırlayıb / Texnoloqiya

Sabirabad Layf Jurnal AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, “Japan Display Inc.” şirkəti tutumlu texnologiya əsasında hazırlanmış, şüşə altında quraşdırılmış daktiloskopik skanerin ilk prototipini təqdim edib. Bu texnologiya təhlükəsizlik sisteminin vacib olduğu müxtəlif devays və qadcetlərə tətbiq ediləcək.
AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, “Pixel Eyes” adlanan skanerin ölçüləri 8x8 millimetr təşkil edir. Sensor çox həssas olduğundan insanın ən kiçik toxunuşlarına belə reaksiya verir.
Qeyd edilib ki, yeni texnologiya Çinin “Vivo” şirkətinin “Synaptics” texnologiyasından fərqlənir. İkinci variant sadəcə ekranın altında quraşdırılmış skanerdir. Yaponiya istehsalçılarının hazırladıqları skaner isə barmaq izlərinin skan edilməsi üçün ayrıca aktiv sahədir. Yeni texnologiyanın tətbiqinə növbəti ildən başlanılacağı bildirilib.

Baxılıb: 181
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив