yüklənir
16-02-2018, 12:24 от Naila

Formula-1 Azərbaycan Qran-Prisi: Filarmoniya tribunasına biletlərin hamısı satılıb / İdman

Sabirabad life Jurnalı AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, aprelin 27-29-da Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi üçün Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb.AZƏRTAC xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib. O vurğulayıb ki, bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısında ilk üçlükdə Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 faizini təşkil edir. İndiyədək daha çox dördgünlük biletlər satılıb.
“Digər tərəfdən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadır. Biz ötən həftə “Jamiroquay” musiqi qrupunun aprelin 27-də “Baku Crystal Hall”da konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq”, - deyə Nigar Arpadarai diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 faiz aşağı qiymətə təklif olunur. Bu endirim yarış başlayana qədər davam edəcək.

Baxılıb: 719
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq