Sabirabad Layf Jurnal AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, Antalyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.AZƏRTAC xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyunun 45-ci dəqiqəsində Gürcüstan millisinin üzvü avtoqolla yadda qalıb. Əvvəlki oyunlarda "Alanyaspor" klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-21 millisinə məğlub olub - 0:1. Qeyd edək ki, U-21 növbəti oyununu yanvarın 26-da Albaniyanın müvafiq yaş qrupuna qarşı keçirəcək.
0 şərhlər
Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!