yüklənir
10-12-2017, 17:30 от Naila

“Sağlam həyata doğru və velosiped idmanında gender bərabərliyi” mövzusunda seminar təlim və veloyürüş keçiriləcək / İdman

Sabirabad Layf Jurnal AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki,“Gənc Velosipedçilər” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının, BMT-nin Əhali Fondunun və Biləsuvar rayon gənclər və idman idarəsinin dəstəyi ilə dekabrın 11-14-də seminar və veloyürüş keçiriləcək. Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC–a bildirilib ki, Biləsuvar rayonunun Xırmandalı və Aşağı Cürəli kəndlərində, o cümlədən rayon mərkəzində yaşayan və velosiped idmanı ilə maraqlanan qızlar və oğlanlar üçün “Sağlam həyata doğru və velosiped idmanında gender bərabərliyi” mövzusunda dörd günlük seminar-təlim təşkil olunacaq. Seminarın sonunda iştirakçılar təşkil olunacaq veloyürüşdə mübarizə aparacaqlar.
AZƏRTAC

Baxılıb: 591
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq