yüklənir
20-11-2017, 14:10 от Naila

Sinqapur mütəxəssisləri laboratoriya şəraitində kiçik beyin yetişdiriblər / Elm / Texnoloqiya

Sabirabad Layf Jurnal AZƏRTAC -ın istinadı ilə, xəbər verir ki, Sinqapur mütəxəssisləri laboratoriya şəraitində üç millimetr uzunluğunda miniatür beyin yetişdiriblər və ondan Parkinson xəstəliyinin təbiətini, həmçinin əsəb sisteminin digər pozuntularını öyrənməkdə istifadə edilməsi nəzərdə tuturlar.AZƏRTAC “Znanie – Sila” jurnalına istinadla xəbər verir ki, alimlər ilk dəfə neyromelanin istehsal edən sinir hüceyrələri yaratmağa nail olublar. Bundan başqa, yetişdirilmiş minibeyində dofaminerqik neyronlar uğurla fəaliyyət göstərir. Minibeyin kiçik ölçülərə malik olmasına baxmayaraq, eynilə insandakı kimi inkişaf edir, beyin hüceyrələri arasında davamlı əlaqələr yaranır.
Bioloqlar insan beyninin miniatür surətindən bir sıra sınaqlar zamanı meydana çıxan, eləcə də yeni tibbi preparatların yaratdığı əlavə təsirləri də öyrənə biləcəklər.
Qeyd etmək lazımdır ki, minibeynin yaranmasından sonra heyvanlar üzərində təcrübələr aparmağa ehtiyac qalmır.

AZƏRTAC

Baxılıb: 521
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq