yüklənir
17-10-2017, 20:38 от Naila

Beynəlxalq konqresdə Azərbaycanın güclü turizm potensialı diqqət mərkəzində olub / Elm

Sabirabad Layf Jurnal AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, Türkiyənin Muğla Sıtkı Koçman Universitetində “Turizm və mədəni miras” mövzusunda beynəlxalq konqres keçirilib. Konqresin təkliflər paketində güclü turizm potensialına malik Azərbaycanda müvafiq sahə üzrə ixtisasların daha geniş təbliği və inkişafının təmini məsələsi əksini tapıb. Tədbirdə, həmçinin gələcəkdə birgə beynəlxalq konfrans və simpoziumların təşkili, əməkdaşlıq müqaviləsi imzalanan universitetlərlə müəllim mübadiləsinə xüsusi önəm verilməsi barədə geniş fikir mübadiləsi aparılıb.Bu barədə AZƏRTAC-a konqresin iştirakçısı, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm və qonaqpərvərlik fakültəsi dekanının müavini, dosent Flora Ələsgərova məlumat verib.
F.Ələsgərovanın sözlərinə görə, konqresdə qeyri-neft sektorunun inkişafını hədəfləyən güclü turizm potensialından faydalanmanın səmərəli aspektləri diqqət mərkəzində olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri bölmə, eyni zamanda, müvafiq tədqiqat sahələrinin müzakirəsinə həsr olunan iclaslara sədrlik ediblər.
Bildirilib ki, konqresdə turizm, mədəni irs, milli mətbəx, qastronomiya və digər bölmə iclaslarının fəaliyyəti daha işgüzar olub. Dünyanın bir sıra ölkələrindən olan elm adamlarının və tədqiqatçıların qatıldıqları iclaslarda türk xalqlarına aid sənət, ədəbiyyat, memarlıq, dil və adət-ənənələrlə bağlı elmi məruzələr dinlənilib.
Qeyd edək ki, 2012-ci ildə ATMU ilə Muğla Sıtkı Koçman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC

Baxılıb: 320
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq