yüklənir
2-10-2017, 21:34 от Naila

Azərbaycan ilə Çin arasındakı elmi münasibətlər bundan sonra da inkişaf edəcək / Elm

Sabirabad Layf Jurnal AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) nümayəndə heyəti ilə görüşüb.AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə İ.Həbibbəyli Azərbaycan-Çin elmi əlaqələrinin müasir inkişaf istiqamətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan akademik Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərlərinin təşkil olunduğunu və elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. İ.Həbibbəyli bu yaxınlarda ÇİEA prezidentinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin AMEA-nın qonağı olduğunu, birgə tədbirlərin keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını xatırladıb. O, iki ölkə arasındakı elmi münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
ÇİEA-nın Rusiya və Şərqi Avropa tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Vanq Xiaoju qonaqpərvərliyə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan ilə bağlı təəssüratlarını bölüşən qonaq deyib ki, səfər çərçivəsində maraqlı elmi konfrans keçirilib və Azərbaycan-Çin əməkdaşlığının geosiyasi aspektləri müzakirə olunub.
AZƏRTAC

Baxılıb: 218
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq