yüklənir
2-10-2017, 20:56 от Naila

Yaradıcı gənclərin ideyaları layihələndirilir / Elm

Sabirabad Layf Jurnal AZƏRTAC-ın istinadı ilə, xəbər verir ki, oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbələr üçün təlimlərə başlayıb.ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, “İnnovativ sahibkarlıq və startap biznesinə giriş” mövzusunda təlim israilli mentor İqor Peer tərəfindən keçirilib.
ADNSU-nun tələbələri ilə yanaşı, digər ali məktəblərin bu sahəyə marağı olan tələbələrinin də qatıldıqları təlimdə öz biznesini qurmaq istəyən gənclərə startap biznesinə giriş, ideyaların müzakirəsi, strateji planlaşdırma, biznes araşdırması, biznes əlaqələri, investisiyaların cəlb olunması və digər modullar izah edilib. Təlimdə, həmçinin xarici və uğurlu startap layihələrinin təcrübələrindən bəhs olunub.
Sonra startap ideyaları olan gənclərin layihələri dinlənilib.
Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək təlimlərin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya məqsədli biznes strukturlarına çevirməsidir. Təlimlərdə iştirak ödənişsizdir.
AZƏRTAC

Baxılıb: 298
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq