yüklənir
16-10-2017, 17:38 от Ramid

Çoban heç Kitab Oxuyar? / Sabirabadda Kitab / Son Xəbərlər


Çoban heç kitab oxuyar? Kənd hara kitab oxumaq hara? Kənddə kitab oxuyanda nə olacaqki alim olassan? Sənin nəyinə kitab lazımdır ged malını otar! Bu kimi suallar və fikirlər çox yazmaq olar. İnsanların xüsusilə şəhərdə yaşayan bir sıra insanların kənddə rayonda yaşayan insanlara qarşı belə düşüncəli olmaları heç kəsdən gizlin deyil. İnsanların bir çoxu sanki kəndlərdə rayonlarda elmli savadlı insanların olmadığını o balaca "ağıllı" beyinlərinə salmışlar...
İnsan özünü dərk etməyə başlayanda bəlkə də ilk gördüyü iş kitab yazmaq və ya kitab oxumaq olub. İnsanlar kitablarla həm elm paylaşıblar və həmdə elm öyrəniblər. Paylaşmaqla öyrənmək arasında olan bərabərlik əlbətdəki o cəmiyyətdə inkişafın olmasına və insanların savadlı bilikli olmasına gətirib çıxarıb.
   Kəndlərdən rayonlardan alimlərin savadlı ziyalı insanların çıxmasıda sadə bir faktdır ki, çox təəsüfki elmin texnologiyanın inkişaf edən bir dövründə kənd və rayonlardan savadlı insanların olmadığına özlərini inandıran insanların olması sadəcə gülünc bir faktordır. Savadlı insanın olmaması ilə savadlı olmağa şəraitin olmaması tam başqa amillərdir. Bu gün rayonlarda kəndlərdə xüsusilə kəndlərdə savadlı olmağa heç bir şərait yoxdur. Nə elm var nə təhsil... Belə olan halda necə o yerdən savadlı insanlar yetişə bilər? Əlbətdəki heç cürə....
Qayıdaq bu günkü mövzumuza... Çoban kitab oxuyarmı? - Oxuyar! Hətda alimdə olar... Düşünün siz kənddə doğulmusunuz təhsil almaq istəyirsiniz. Lakin illər keçdikcə bunun real olmayacağına ətrafdakı insanların sizi inandırması səbəbindən bu istəyinizdən vaz keçirsiniz və başlayırsınız heyvan-qara alıb onu saxlamağa yaxud çöllükdə otarmağa... Amma hardasa yenədə daxilinizdə o kitaba, elmə və oxumağa olan istək sizi səsləyir. Siz yaşıdlarınız kimi oxumaq təhsilli olmaq istəyirsiniz. Bir gün valideynlərinizin yanında gəlib oxumaq istədiyinizi dedikdə "başın xarab olub? Bu yaşda nə oxumaq? Ged heyvanını otar!" sözlərini eşidirsiniz. Bu söz Sizi daha da məhv edir. Daxilinizdə nə qədər elmə, savada olan həvəs vardısa hamısı məhv olur!... Sizcə belə valideynlər cinayətkar deyil? Ümumiyyətlə bir insanın arzularını, istəklərini, həyatını mənəvi məhv edən cinayətkar deyil? Əlbətdəki cinayətkardır. Qanun qarşısında olmasa da Allah qarşısında cinayətkar və çox böyük günahkardır... Beləcə daxilinizdə olan ölmüş arzularla birgə illər keçir və Siz bir gün valideyn olursunuz... O valideynki vaxtilə valideynlərindən eşitdiklərini öz övladına tətbiq edir.. Beləcə bu vərdiş bu adət-ənənə halını alıb nəsildən nəsilə ötürülür...
Kitab oxumaq bir həyat tərzidir. Çoban,usta,ofisinat, alim, müdir və s heç bir vəzifə tanımayan bir həyat tərzidir. Kitab sadəcə insanı tanıyır, əgər o insan kitaba onu tanımağa imkan veribsə...
Sabirabadın İlk Onlayn Kitab Mağazası olaraq fəaliyyət göstərməyimizin əsas səbəbidə budur. Səbəb budur ki, bizə görə hər kəs hətda çobanda kitab oxuyar və hətda ən savadlı insan ola bilər. Kəndlərdə rayonda yaşamasından asılı olmayaraq istənilən kəs bizim vasitəmizlə istənilən elmi bədii kitablara sahib ola bilər. Sadəcə bunu istəmək lazımdır. Bizdən kitab almasazda kimlərdənsə kitab alıb oxumağınızı hər hansı peşəyə yiyələnib o sahə üzrə kitablar oxumağınızı çox istəyirik! Sabirabadın daim inkişafınl istəyirik... Bu da heçkimin yox, məhz biz Sabirabadlıların əlindədir.
Sabirabad Onlayn Kitab Mağazası - Varlı olmaq istəyənlər üçün...
Ramid Agayev

Baxılıb: 300
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив