yüklənir
24-07-2021, 21:36 от NuraHeydərli

ABŞ-ın maliyyə naziri defolt təhlükəsi ilə bağlı xəbərdarlıq edib / Son Xəbərlər

ABŞ-ın maliyyə naziri Canet Yellen iyulun 31-dən sonra dövlət borcunun tavanının artırılmadığı və borclanma limitinin qaldırılmadığı halda ölkənin defolt təhlüksə ilə üzləşəciyi barədə ABŞ Kongresinə xəbərdarlıq edib.
Məlumata görə, C. Yellen qeyd edib ki, defolt ölkə iqtisadiyyatına düzəlməz zərər gətirə bilər və Konqres avqustun 2-nə qədər borc tavanının dondurulması və ya qaldırılması üçün hərəkətə keçməzsə, Maliyyə Nazirliyi, ABŞ-ın öhdəliklərini yerinə yetirməməsinə görə yaranacaq defoltun qarşısını almaq üçün müəyyən əlavə təcili tədbirlər görməyə başlayacaq.
Qeyd edək ki, mütəxəssislər, dünya ticarətinin böyük bir hissəsinin ABŞ dollarına güvəndiyini nəzərə alaraq potensial defoltun qlobal maliyyə böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Baxılıb: 78
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq