yüklənir
12-07-2021, 10:31 от NuraHeydərli

"1800-dək qazi, şəhid ailəsi, terrordan zərər çəkənlərə psixoloji dəstək göstərilib" / Son Xəbərlər

"Azərbaycan sentyabrın 27-dən işğalçı Ermənistana qarşı apardığı Vətən müharibəsi şanlı qələbə ilə bitdi".Məlumata görə, bunu FHN-in Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Xanım Sofiyeva Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə Türkiyədən dəvət edilmiş psixoloqların mətbuat konfransında deyib.
O bildirib ki, müharibə ağır fəsadlar qoyur, müharibə iştirakçıları, şəhid ailələri, terrordan fiziki, mənəvi zərərçəkənlərin psixoloji problemləri müharibədən sonra ortaya çıxır: “Bununla bağlı FHN-ə çoxlu zənglər daxil olurdu. Onların reabilitasiyası və birgə fəaliyyət üçün yanvar ayında Türkiyədən 20 psixoloq və psixoterapevt dəvət olundu. Artıq yanvarın 22-dən yardımlara başlanıldı. 1 ay Bakıda fəaliyyətdən sonra respublikanın digər regionlarına, həmçinin Gəncə və Bərdəyə psixoloqlardan ibarət nümayəndə heyəti göndərildi".

O qeyd edib ki, Gəncədə 225 nəfər, Bərdədə 245 vətəndaş qəbul olunub: "Sonra Lənkəranda və Qəbələdə qəbullar başlanıldı. Lənkəranda 144 nəfər, Qəbələdə 125 nəfər qəbul olundu. Bu günə qədər 1800-ə qədər qazi, şəhid ailə üzvləri, terrordan zərər çəkmişlərə psixoloji seanslar göstərilir. Sabahdan Bakı ilə yanaşı, Sumqayıtda da qəbul həyata keçiriləcək".


Baxılıb: 70
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq