yüklənir
12-07-2021, 10:09 от NuraHeydərli

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb / Son Xəbərlər

Sabirabadda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb.Məlumatıa görə, hadisə gecə radələrində şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayonunun Kürkənd kənd sakini, 1991-ci il təvəllüdlü Sadıqlı Kamran Asif oğlu idarə etdiyi “Hyundai” markalı "99 FF 519" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad sakini, 1962-ci il təvəllüdlü Əsgərov Gülxan Balaxan oğlunu vurub. Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.


Baxılıb: 132
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq