yüklənir
7-06-2021, 11:34 от NuraQurbanova

Sərhədlərin açılması barədə xəbərlərə rəsmi reaksiya / Son Xəbərlər

Sosial şəbəkələrdə Azərbaycaın iyunun 15-dən quru sərhədlərini açacağı barədə məlumat yayılıb. Bildirilib ki, Dövlət Gömrük Komitəsindəki (DGK) mənbədən daxil olan məlumata görə, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib.

Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.
Lakin DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yalandır.
“Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.
Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur”.

Baxılıb: 33
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq