yüklənir
18-01-2017, 12:13 от Ramid

Recepin pr şousu, yoxsa ... / Son Xəbərlər / Köşə yazıları

Son zamanlar sosial şəbəkələr, xüsusilə Facebook, internet məkan bir çox məmur və ya şəxslərin sanki şou meydanına dönüb. Sanki, bu şoular xüsusi hazırlanmış formada həyata keçirilir ki, lazım olan vaxtda vacib hər hansı hadisələri, cəmiyyətin problemlərini kölgədə qoysun. Məsələn son 1-2 aya nəzər salsaq görərik ki, 2-3 şou və provakasiyalar varki onlar çox uğurla həyata keçirilib. Bunlardan deputatın qeyri-etik danışığı,və indidə Recep İvedik 5 filmindəki səhnə... Hansı ki, bu səhnənin təhqir olduğunu Türkiyənin rektor olaraq çalışan azərbaycanlı rektoru ictimailəşdirib.Ümumiyyətlə insanların internetə, xüsusilə sosial şəbəkələrə bağlılığından istifadə edib öz pr və reytinqlər üçün istifadə etmək bir çox şirkətlər və şəxslərin hətda marketoloqların da əsas prioriteti olub. Məsələn son zamanlar fikir versəz bir çox şirkət öz reklam və tanıtımda "kreativliyin" axrıncı yolundan istifadə edərək özlərini cəmiyətdə çox sürətli tanıda bilirlər. Bu şirkətlər üçün maliyyə cəhətdən çox ucuz amma tanıtım cəhətdən çox böyük imkanlar yaradır. Belə bir deyim var: "Ən güclü reklam antireklamdır." Çox təəsüf ki, bizdə antireklam reklamçıların əsas hədəfi olub. Səbəbdə çox ucuz olması... Bu haqda daha sonra...
Keçək əsas "Recep İvedik 5 " filmində rinqdə azərbaycanlı idmançının vurulması səhnəsinin təhqir olaraq  ictimailəşdirilməsinin ardında duran məqsədlərə...
Bu məsələ də aşağıdakı məqsədləri görmək olar.
1. "Recep İvedik 5" filmini promout etmək
2. Şəxsi reytinq
3. Gündəmdə olan əsas məsələləri kölgədə qoymaq
4. İki millət arasında provakasiyaya meyilliyi yoxlamaq
5. İki millət arasında provakasiya yaratmaq.

Məqsəd:1 İlk onu qeyd edim ki, bu məqsədin olma ehtimalı yüksəkdir. Bildiyiniz kimi hər hansı film çəkiləndə onun marketinq strategiyası və pr kampaniyaları düşünülür. Filmin treyleri (fragman) isə bu filmdə olan ən yaxşı səhnələrdən yığılır və elə edilir ki, hər səhnə sual doğursun, maraq yaratsın. "Recep İvedik 5" filmində də bunu açıq aydın görə bilərik. Deyə bilərsiniz ki, niyə vurulma səhnəsində digər ölkə idmançısı yox məhz azərbaycanlı idmançı göstərilib? Cavab çox sadədir. Recep İvedikin filmləri Azərbaycanda bəlkə də Türkiyədən də daha çox sevilir və izlənilir. Recep İvediki kiçik uşaqlar belə tanıyır. Odur ki, mən ən çox ehtimalla düşünürəm ki, bu filmin bir reklam kampaniyasıdır ki, antireklam üzərində qurulsa da bu filmə çox böyük uğur gətirdi."Yadplanetlilər Sabirabadda..." Sabirabad Layf jurnalının buraxılışı 23 Yanvar yayımda...Məqsəd: 2 Bu məqsədin olma ehtimalı ilk məqsəd qədər olmasa da onu qeyd edim ki, bu məqsədin olma ehtimalı da yüksəkdir. Çünki Türkiyədə Azərbaycana qarşı ciddi problemlər olduqda heçvaxt danışdığını görmədiyim bir insan birdən-birə hər hansı komediya janrında olan bir filmə reaksiya verib onu bu qədər ictimailəşdirib. Hansıki, bunun yerinə Türkiyədə dəfələrlə gördüyümüz və heçdə xoş olmayan bir sıra məsələlər var ki, onların həllini tapmağa işlər görülsə yaxşı olardı. Məsələn: Sarı gəlin mahnısının müəllifinin "Anonim" olaraq qeyd edilməsi və bu mahnı türk kanallarında kimlərsə tərəfindən, hətda müxtəlif müsabiqələrdə azərbaycanlılar tərəfindən oxunarkən "Azərbyacan mahnısı" və ya "Azərbaycan xalq mahnısı" olaraq qeyd edilməməsi şəxsən mənim üçün bu filmdəki səhnədən daha təhqiredici görünür. Amma bundan heçkəs danışmır nə də ictimailəşdirmir.
Məqsəd: 3 Bu məsələ də aktualdır. Lakin düşünmürəm ki, məqsəd budur. Lakin bilirsiniz insanları əsas məsələlərdən yayındırmaq üçün gündəm yaradacaq belə məsələlər hər zaman ortaya atılıb və atılır. Amma düzü bu məqsədi mən burda çox da görmürəm. Çünki hal-hazırda cəmiyyətimizdə yeni yaranan aktual məsələlərin onunla bağlılığını tapa bilmirəm.
Məqsəd: 4 İki millət arasında provakasiyaya meyilliyi yoxlamaq məqsədi də ola bilər. Lakin belə hesab etmirəm.
Məqsəd: 5 Əslində bu məsələyə görə türkləri düşmən görmək düzgün deyil. Çünki bu filmdir və komediya janrında olan bir  filmdir. Əgər baxmısınızsa treylerdə Rusiya idmançısını da vurulur, daha sonra yunanlarla bağlı nələrsə olur.  Bir daha qeyd edirəm ki, provakasiya məqsədi olsa da bu provakasiyay uymaq lazım deyil. Sadəcə filmə baxın və gülün. Çünki film bunun üçün çəkilib qardaşş :)

Filmin fragmanını burdan baxıb gülə bilərsiniz:)


Ramid Ağayev

Baxılıb: 446
Şərhlər: 1

1 şərhlər

Səlim / 18 января 2017 15:59
Əla filmdir. Yazılanlarla razıyam şişirtmək lazım deyil

Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив