yüklənir
8-04-2021, 11:26 от FakhriAsadov

İdman zalları, üzgüçülük hovuzları AÇILACAQ? - AÇIQLAMA / Son Xəbərlər


Bir ildən artıqdır ki, ölkəmiz pandemiya şəraitindədir. Vəziyyətlə əlaqədar olaraq bir çox müəsissələr qapalıdır. Qapalı olan yerlər sırasında idman zalları, fitnes klublar və üzgüçülük hovuzları da yer alır. Özümüzü xəstəlikdən qorumaq üçün isə idmanla məşğul olmaq lazımdır.
Bəs görəsən sağlamlığımız üçün vacib olan idman zalları, üzgüçülük hovuzları nə vaxt açılacaq?
 Məsələ ilə bağlı millət vəkili Müşfiq Cəfərov açıqlama verib:
"İndi virusa yoluxanların sayı hər gün daha da artır. Ona görə hazırda idman zallarının, üzgüçülük hovuzlarının açılmasına inanmıram . Amma açıq havada keçirilməsi mümkün olan idman növləri ilə məşğul olmağa müəyyən qaydalarla icazə vermək olar. Təbii ki, Operativ Qərargah bu məsələyə baxmalıdır. Açıq havada virusun yayılma imkanı qapalı məkanla müqayisədə az olduğu üçün icazə verilə bilər. Hal-hazırda da çempionatımız davam edir. Düşünürəm ki, yaz, yaz mövsümündən istifadə edərək açıq havada idman oyunlarına icazə vermək olar.
Təbii ki, qapalı məkanlar hələki bağlı qalmalıdır. Çünki mövcud vəziyyətdə yoluxmanın artması ürəkaçan deyil.
İnsanların sağlamlığı bu gün əldən gedir. İnsanlar artıq bir ildən artıqdır idmanla məşğul ola bilmirlər. Düzdür, peşəkar idmançılar hansısa formada özlərini saxlaya bilirlər. Amma digər insanlarımız var ki, həvəskar idmanla məşğul olurdular. Yəni fitnes klublara gedirdilər,üzgüçülük hovuzlarına gedirdilər. Bu gün onlar üçün çətindir. Çünki idmanla məşğul ola bilmirlər".

Baxılıb: 158
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq