yüklənir
6-04-2021, 13:42 от FakhriAsadov

Azərbaycanda karantin rejimi sərtləşə BİLƏR - AÇIQLAMA / Son Xəbərlər

Azərbaycanda gündəlik yoluxanların və ölənlərin sayı artım dinamikası ilə davam edir. Belə ki, koronavirus infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 29 nəfər isə COVID-19-dan vəfat edib. Birinci və ikinci dalğadan fərqli olaraq bu gün ölüm sayı daha çoxdur. Yoluxma və ölüm sayının artmasının yenidən qapadılmalara səbəb olacağı ilə bağlı fikirlərə səbəb olub. Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, yoluxma sayı həddindən artıq çox olduğu üçün təbii ki, ölüm sayı artmalıdır:
"Təcrübə onu göstərir ki, 2-ci dalğadan fərqli olaraq bu gün xəstəlik daha çox yoluxuculuq həddindədir. Yoluxma sayı artdığından ölüm sayı da çoxdur. Bununla yanaşı bügünkü mutasiya formalarının ölüm göstəricisi də yüksəkdir. Hər halda düşünürəm ki, yoluxma sayı bu formada davam edərsə, Azərbaycanda karantin rejimi kəskin sərtləşəcək. Çünki insanların təmaslarını azaltmağın yeganə yolu ancaq budur".

Baxılıb: 73
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq