yüklənir
6-04-2021, 13:41 от FakhriAsadov

Azərbaycanda maaş, pensiya və müavinətlər ARTIRILIR? - AÇIQLAMA / Son Xəbərlər


Azərbaycanda mütəmadi olaraq əmək haqqları pensiyalar, təqaüdlər və müavinətlər artırılır. Hazırda hər kəsi bir sual maraqlandırır. 2021-ci ildə də minumum əməkhaqqları, pensiyalar və müavinətlər artırılacaqmı?
Bununla bağlı danışan deputat Vüqar Bayramov bildirib ki, 2021-ci ilin dövlət büdcəsində birbaşa sosial yönümlü ümumi xərclərdə ümumi payı 38.9 faiz təşkil edəcək:
"Bu 2020-ci illə müqayisədə 0.6 faiz çoxdur. Eyni zamanda bu istiqamətdə 11 milyard 111 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Nəzərə alsaq ki, bu əvvəlki ilə müqayisədə 564 milyon manat və ya 5.3 faiz çoxdur. Bu da ümid verir ki, 2021-ci ildə sosial istiqamətdə ayrılan vəsaitin həcmində artımlar olacaq. Bu da xüsusilə büdcədən ayrılan hər 100 manatın 40 manatı birbaşa sosial istiqamətə ayrılacağından xəbər verir. Eyni zamanda sosial xərclərin strukturuna nəzər yetirsək burada əsas ağırılıq əməyin ödənilməsi xərcləridir. Eləcə də təqaüdlər və müavinətlərdir. Bütövlükdə ayrılan məbləğin 6.6 milyard manata yaxınını əməyin ödənilməsinə, 3.8 milyard yaxını isə birbaşa təqaüdlərin və sosial müavinətlərin verilməsinə yönəldiləcək.
Praktik olaraq bu ondan xəbər verir ki, sosial istiqamətdə o cümlədən əməkhaqqların, müavinətlərin və təqaüdlərin ödənilməsinin həcmində artımlar müşahidə olunacaq. Bu da məhz 2021-ci ilin dövlət büdcəsinin sosial yönümlü olmasından xəbər verir. Eyni zamanda təbii ki, bu istiqamətdə daha çox vəsaitin ayrılmasına zəmin yaradır. Eləcə də sosial əmək haqqlarının və müavinətlərin mərhələli şəkildə artırılması Azərbaycan üçün prioritet məsələdir. 2030-ci ildə milli sosial və iqtisadi prioritetlərdə də məhz bu məqam öz əksini tapıb. Bütövlükdə 2021-ci ildə sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində artımlar olacaq. Konkret olaraq hansı istiqamətdə nə qədər artım olacağı dövlətin verəcəyi qərardan asılı olacaq. Amma bu gün dövlət dövlət büdcəsindəki sosial xərclərin payı ondan xəbər verir ki, 2021-ci ildə sosial proqramların maliyyələşdirilməsində hər hansı problem olmayacaq".

Baxılıb: 28
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq