yüklənir
30-03-2021, 13:00 от FakhriAsadov

Milyonların sevimlisinə çevrilən "Topçu Vüsal"ın YENİ FOTOSU / Son Xəbərlər


Vətən müharibəsi zamanı Topçu Vüsal kimi tanınan əsgər Şahkərimov Vüsal İslam oğlunun yeni fotosu yayılıb.
Sosial şəbəkələrdə yayılan fotoda Topçu Vüsal yenə məğrur duruşu ilə diqqət çəkib.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Həmin fotonu təqdim edirik:

Baxılıb: 57
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq