yüklənir
19-03-2021, 12:47 от FakhriAsadov

Pandemiyada dərinizi bu üsullarla qoruyun / Son Xəbərlər


Qış dəri üçün təhlükəli fəsil hesab edilir. Özünəməxsus sərtliyi ilə seçilən bu fəsil  soyuq, küləkli və rütubətli havası ilə dəriyə mənfi təsir edir. Xüsusi ilə Covid-19 pandemiyası dövründə, riayət etməli olduğumuz gigiyenik qaydalar, istifadə edilən dezinfeksiyaedici məhlullar, uzun müddət dəyişdirilməyən maskalar dəri sağlığımızı təhlükə altına atır.

Pandemiya dövründə dəriyə düzgün qulluq qaydalarını təqdim edir:
 
- Əllərinizi ilıq su ilə yuyun.
- Əllərinizi yuduqdan sonra onları vazelin və ya vitamin baryer kremləri ilə nəmləndirin.
- Ev şəraitində dezinfeksiyaedici məhlullardan lazım olan zaman istifadə edin.
- Ev işləri görərkən mütləq qoruyucu pambıq əlcəklər geyinin.
- Yuyucu vasitələrə qoruyucu əlcək geyinmədən toxunmayın.
- Stressdən çəkinin.
- Sağlam pəhrizə diqqət yetirin: "Fast-food" yeməklərinə üstünlük verməyin.
- Çay və kofeni nadir hallarda için.
- Maskanızı hər 3 saatda bir dəyişdirin, hər gün parça maskanızı yuyun.
- Alkoqol tərkibli toniklərdən və odekolonlardan istifadə etməyin.

Baxılıb: 56
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq