yüklənir
19-03-2021, 12:44 от FakhriAsadov

Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ / Son Xəbərlər


İş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq 1 saat qısaldılır.
 
Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX)  verilən məlumata görə, altıgünlük iş həftəsilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

Rəsmi məlumata görə, bu, qısaldılmış iş vaxtında işləyənlərə şamil edilmir.
 
Qeyd edək ki, sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır.

Baxılıb: 56
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq