yüklənir
21-11-2020, 10:42 от RamidAghayev

Xarici dövlətlərin bayraqlarını hər yerdə asmaq olarmı? / Son Xəbərlər / Sabirabad Xəbərləri

Qardaş Türkiyə və Pakistan bayraqindan sonra artıq rus bayraqları da küçələrdə görünməyə başlayıb.Sizə Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında qanunu təqdim edirəm. Qanuna görə hər yerdə asilan digər ölkələrin bayraqları qanuna ziddir.Gəlin qaydalarla tanış olaq.

Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları.

Müəllif: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı şəhəri, 25 aprel 2008-ci il

Maddə 1. Xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmət göstərilməsi ilə bağlı vəzifələr

Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdırlar.

Maddə 2. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırıldığı yerlər

2.0. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq aşağıdakı yerlərdə qaldırıla bilər:

2.0.1. xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, habelə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinin iqamətgahları üzərində;

2.0.2. xarici dövlətin və ya beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri zamanı protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə;

2.0.3. xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmilər Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanlarında dayanarkən həmin gəmilərdə;

2.0.4. Azərbaycan Respublikasında keçirilən beynəlxalq səviyyəli tədbirlərdə.

Maddə 3. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının yerləşdirildiyi yerlər

3.0. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq aşağıdakı yerlərdə yerləşdirilə bilər:

3.0.1. xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iş otaqlarında;

3.0.2. Azərbaycan Respublikasına səfər edən xarici dövlətin dövlət və ya hökumət başçısının, dövlət nümayəndə heyəti rəhbərinin, beynəlxalq təşkilatın nümayəndə heyəti rəhbərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələri üzərində.

Maddə 4. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsinə dair məhdudiyyətlər

Bu Qanunda, habelə beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının Azərbaycan Respublikasında qaldırılması və ya yerləşdirilməsi qadağandır.

Maddə 5. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilirlər.

Maddə 6. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Qaydalardan göründüyü kimi xarici dövlətlərin bayraqlarının harda gəldi istifadəsi, market, bina, idarə təşkilat (həmin xarici dövlətə aid olan səfirliklər, konsulluqlar, beynəlxalq müsabiqələr və s istisna olmaqla) və digər yerlərdə qaldırılması dalğalanması QADAĞANDIR!

Baxılıb: 82
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив