yüklənir
13-10-2020, 21:56 от RamidAghayev

Nazirlər Kabinetinin Sabirabad rayonu ərazisində xüsusi karantin rejimi ilə bağlı qərar! / Son Xəbərlər / Sabirabad Xəbərləri

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
 “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və AzərbaycanbRespublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr
tarixli 336 nömrəli Qərarına aşağıdakı məzmunda 1.1.2-1-ci yarımbənd
əlavə edilsin:
“1.1.2-1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə
yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışın dayandırılması;”.
2. Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Baxılıb: 394
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq