yüklənir
6-07-2020, 19:17 от RamidAghayev

Karantin dövründə fəaliyyətinə İcazə verilən sahələr üzrə iş icazəsi üçün fəaliyyət kodları (SİYAHI) / Son Xəbərlər / Sabirabad Xəbərləri

Bildiyiniz kimi 05 iyul 2020 - ci il tarixindən etibarən bir çox fəaliyyət sahələrinin icazəsi ləğv edilmişdir.Nazirlər Kabinetinin  19 iyun 2020-ci il tarixli, 208 saylı qərarın əsaasən, fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:
  1. Səhiyyə və sosial sahə üzrə:
1.1. elmi tədqiqat və laborator xidmətləri;1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
1.5. sosial xidmətlər;
1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
  1. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təsərrüfatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
  1. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
3.3. logistika xidmətləri;
3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
  1. Əsas istehsalat növləri:
4.1. müdafiə sənayesi məhsullarının istehsalı;4.2. neft avadanlıqları və qurğularının istehsalı;
4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.5. kimyəvi məhsulların istehsalı;
4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;
4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;
4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;
4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.12. mühəndislik və layihələndirmə xidmətləri;
4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
4.14. qablaşdırma məhsullarının istehsalı;
4.15. daş, metal və taxta məhsullarının istehsalı;
4.16. mebel istehsalı və təmiri;
4.17. diri heyvanların kəsimi.
  1. Pərakəndə və topdan satış üzrə:
5.1. ərzaq məhsullarının satış məntəqələri;5.2. apteklər;
5.3. yanacaqdoldurma məntəqələri;
5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
5.6. onlayn satışlar.
  1. Məişət xidmətləri üzrə:
6.1. məişət tullantılarının yığılması və utilizasiyası;6.2. kimyəvi təmizləmə;
6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.4. avtomobillərin təmiri;
6.5. avtomobil yuyulma məntəqələri;
6.6. heyvan sığınacaqları.
  1. Kütləvi informasiya vasitələri.
  2. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
  1. Xüsusi xidmət növləri üzrə:
9.1. çatdırılma xidmətləri;9.2. tərcümə xidmətləri;
9.3. poçt xidmətləri;
9.4. dezinfeksiya xidmətləri.
  1. Vəkillik fəaliyyəti
Fəaliyyətinə icazə verilən sahələrin fəaliyyət kodu ilə aşağıda tanış ola bilərsiniz. Burada həmçinin icazənin hansı dərəcəsi əsasında verildiyini də görə bilərsiniz. Qeyd edək ki, Siz icazə almaq üçün Sizin fəaliyyət sahəniz VÖEN -də aşağıda qeyd edilən sahələr üzrə olmalıdır. Siyahını bu linkdən yukləyə bilərsiniz.

Sabiabadda ilk informasiya texnologiyaları və biznes sahəsində fəaliyyət göstərən "Akademiya 404" - Kompyuter kursları. proqramlaşdırma, robototexnika, marketinq, biznes uşaqlar və böyüklər üçün.


Baxılıb: 236
Şərhlər: 1

1 şərhlər

Zeynal Memmedov / 6 июля 2020 21:19
Salam Zeynal Memmedov

Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив