yüklənir
26-06-2020, 10:21 от RamidAghayev

Sabirabad rayonunda Tir Atıcılığı üzrə yariş keçirilmişdir. / Son Xəbərlər / Sabirabad Xəbərləri

Sabirabad rayon Gənclər və İdman İdarəsi 25 iyun tarixində Gənclər Mərkəzinin mini stadionunda sosial izolyasiya qaydalarına( 10 nəfərdən artıq olmamaq, ən az 2 metr məsafə saxlamaqla) uyğun olmaqla “26 iyun -Azərbaycan Silahlı Qüvvələri Günü“ münasibətilə rayonun idarə-müəssisə və təşkilat işçiləri(gənclər) arasında tir atıcılığı üzrə açıq rayon birinciliyi keçirilmişdir.Yarış qaydalarına əsasən hər atıcıya 3 şans verilmişdir və ən çox xal qazanan iştirakçılar qalib elan edilmişdir.
Yarışın qalibləri :
l yer - İbrahim İsmayılov (Asan xidmət könüllüsü)
ll yer - Ağazadə Faiq ( Gənclərin İnkişaf və Karyera mərkəzinin könüllüsü)
lll yer - Məhərrəm Cəfərzadə( Regional Mədəniyyət idarəsinin əməkdaşı)

Yarışın sonunda qaliblər Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev tərəfindən diplom və hədiyyələrlə təltif edilmişlər.

Yarışın keçirilməsində göstərdiyi dəstəyə görə Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin əməkdaşı Gündüz Soltanova təşəkkürümüzü bildiririk!
Müsabiqənin informasiya dəstəkçisi YazTvSabirabad Layf Jurnalıdır.

Yarışdan çəkilmiş fotoları Sizə təqdim edirik.




Baxılıb: 274
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив