yüklənir
26-06-2020, 09:48 от RamidAghayev

Sabirabad rayonunda "Azərbaycan Əsgəri" Şeir müsabiqəsinin qalibləri mukafatlandırıldı. / Son Xəbərlər / Sabirabad Xəbərləri

Sabirabad rayon Gənclər və İdman İdarəsinin 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuş, uşaqlar arasında "Azərbaycan Əsgəri" Şeir müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqəyə 37 uşaq qoşulmuşdur və bütün uşaqların video çıxışları idarənin Youtube kanalında nümayiş etdirilib. Münsiflər heyyətinin qərarına əsasən müsabiqənin qaliblərini və fəal iştirakçıları diqqətinizə çatdırırıq:

I yer- 3 nömrəli iştirakçı Aqşin Musazadə
II yer - 35 nömrəli iştirakçı Zəhra Davudova
III yer - 5 nömrəli iştirakçı Rəsul Əlizadə

Qaliblərin çıxışlarına adlarının üzərinə klikləyərək baxa bilərsiniz. 

"Azərbaycan Əsgəri" Şeir müsabiqəsinin qaliblərini  və fəal iştirakçılar Uğur Hüseynlini, Zeynəb Qarazadəni,Qırımxan Ağaverdiyevi, Polad Səmədovu, Dadaş Baxşıyevi, Rüstəm Rüstəmovu Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev qəbul etmişdir. Qaliblər və fəal iştirakçılar diplom və hədiyyələrlə təltif olunmuşlar.
Müsabiqənin informasiya dəstəkçisi YazTv Yeni Azərbaycan TV və Sabirabadın İlk jurnalı Sabirabad Layf Jurnalıdır.
Qeyd edək ki, regionun ilk kitab mağazası Sabirabad Bookstore müsabiqənin dəstəkçisidir. 

Qaliblərin mükafatlandırma tədbirindən çəkilmiş fotoşəkilləri Sizə təqdim edirik.

Baxılıb: 233
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив