yüklənir
3-06-2020, 20:59 от RamidAghayev

RƏSMİ! Azərbaycanda hansı şəhərlərdə küçəyə çıxma qadağası qoyulacaq? / Son Xəbərlər / Sabirabad Xəbərləri

“Artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir. Öncədən müəyyənləşdirilən alqoritmə uyğun olaraq bu fərq 200-ü keçdiyi üçün biz bu müraciəti etdik”.Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmağın qadağan olunmasını təklif etmişik: “Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir, iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir, burada beynəlxalq təcrübədən, o cümlədən Türkiyə və İsrail təcrübəsində var. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyynələşdirilir”.

Sabirabadda Kompyuter kursları "Akademiya 404" - də! Ətraflı məlumat üçün bizə yazın. Whatsapp 070 404 6 404 

Baxılıb: 302
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq