yüklənir
30-04-2020, 22:22 от RamidAghayev

Yerlimizi tanıyaq! Massaçusets Texnologiya İnstitutuna qəbul olan və Amazon şirkətində çalışan Sabirabadlı gənc KİMDİR? / Son Xəbərlər / Sabirabad Xəbərləri

    Yaşar Əhmədov 1990-cı idə Sabirabad rayonunun Yenikənd kəndində anadan olub. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Bakı şəhərində alıb. 2007-ci ildə bir çox xarici ali məktəblərin kimya və sənaye mühədisliyi fakultələrinə qəbul olunub. İkisi arasında seçim çətin olub və sonda Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ-nün) “sənaye mühəndisliyi” bölməsində oxumağı qərara alıb.
   2011-ci ildə oradan məzun olduqdan sonra hərbi xidmətə yollanıb. Xidmətini Sərhəd Qoşunlarında başa vurduqdan sonra bir il dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətinin Sumqayıtdakı zavodunda anbardar olaraq işləyib. Bir qədər təcrübə yığdıqdan sonra magistratura üzrə təhsilini davam etdirmə ehtiyacı duyub və Finlandiyanın Vaasa Universitetində “sənayenin idarə edilməsi” ixtisası üzrə təhsil alıb. Yenidən Azərbaycana qayıdan Yaşar iki il Karbamid Zavodu layihəsində SOCAR-a konsultasiya xidməti göstərən Neste şirkətində azsaylı yerli mühəndislərdən biri kimi işləyib. Layihənin bitməsinə yaxın yenidən BASF şirkətinə qayıdaraq əvvəlcə Sumqayıtda istehsalat müdiri, daha sonra isə Dubay şəhərində istehsalın planlaşdırılması üzrə mütəxəssis kimi işləyib. 
     2019-cu ilin Noyabr ayından isə Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində Biznes Analitik vəzifəsində işləyir.
    Yaşar həm də dünyanın texniki sahədə ən güclü universiteti sayılan Massaçusetts Texnologiya İnstitunun (MIT-nin) “Təchizat Zəncirlərinin İdarə Edilməsi” bölməsinin magistratura pilləsinə qəbul olunub. Qəbul prosesində ən vacib faktorlardan biri də innovativ tezis mövzularıdır. Hər bir namizəd sənaye üçün əhəmiyyət daşıyan bir problemi və onun həllini təklif etməlidir. Yaşar Əhmədovun təklif etdiyi “Tərs Təchizat Zəncirlərinin Səmərələliləşdirilməsi” mövzusu juri tərəfindən bəyənilmişdir və bu, onun qəbulunda vacib rol oynamışdır. Qeyd edək ki, hər il proqrama yüzlərlə namizəd sənəd verir və onların arasından 30-40 nəfər seçilir.
Sabirabad LAYF Jurnalı olaraq Yaşar bəylə fəxr edir Sabirabad rayonunda həmçinin bütün Azərbaycanda Yaşar bəy kimi istedadlı, təhsilli və yüksək naliyyətlərə nail olmuş gənclərimizin daha çox olmasını arzu edirik.

Unutmayaq ki, harada doğulmağımız bizim gələcəyimizi müəyyən etmir. Bizim məqsədlərimiz, hədəflərimiz və istəklərimiz gələcəyimizi müəyyən edir.
Gəlin savadlı, bilikli və uğurlu olaq! 

Sabirabad Layf Jurnalı - Dəyiş ki, dəyişdirə biləsən...

Baxılıb: 700
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq