yüklənir
3-02-2020, 11:56 от RamidAghayev

Apple "Avtomobili yönləndirə bilən səsli əmr sistemi"nin patentini aldı. / Son Xəbərlər / Texnoloqiya

 Bildiyimiz kimi Apple son illərdə öz avtomobil istehsalı ilə ciddi şəkildə maraqlanır. Əlbəttə ortada hələki bir şaiyələrdən başqa heçnə yoxdur. Lakin bu gün aşkarlanan məlumatlara görə şirkət avtomobilləri yönləndirə bilən səsli əmr sisteminin patentini alıb. Qeyd edək ki, Project Titan adına malik olan maşın iddialara görə 2014-cü ildən bu yana təkmilləşdirilir.
Sürücüz avtomobil olması planlanan bu maşınlarda yeni patentə görə əl jestləri ilə idarə etmək də mümkün olacaq.

Sabirabadda fəaliyyət göstərən "404 Academy" (Akademiya 404) Kompyuter proqramları, Proqramlaşdırma, Rəqəmsal Marketinq, Biznes, SMM, Proqramlaşdırma dilləri, Robototexnika, Uşaqlar üçün xüsusi Robototexnika və Proqramlaşdırma üzrə kurs və təlimlərə dəvət edir. 
Akademiya ilə əlaqə: 
 

Ünvan: Sabirabad ş. İ.İsgəndərov küç: 9, Mərkəzi Meydan Sabir məktəbinin yanı 
Mobil: 070 404 6 404
Veb-sayt: www.404academy.com
 


Yeni patentə görə avtomobildə sürücü hissəsində oturan insan əl jestləri və səs ilə maşını yönləndirə biləcək, hətta parkinq belə edə biləcək. Qısaca maşına hara gedəcəyini deyirsiniz və o bunu sizin yerinizə edir. Aşkarlanan məlumatlara görə patentin alınması üçün 2 avqust 2019 tarixində müraciət edilib. 23 Yanvar 2020-də isə bu patent təsdiqlənib. Yeni patentin ən möhtəşəm tərəfi səsli əmr sistemidir. Patent kağızlarında yazılanlara görə siz avtomobilə çiçək almaq istədiyini dedikdən o avtomatik olaraq ən yaxındakı çiçək mağazalarına yönlənir.
        Həmçinin ən ideal parkinq yerinin tapılmasında da bu patentdən istifadə ediləcək. Qeyd edək ki, hələ bu patentin Apple-ın öz istehsal edəcəyi avtomobillərində yoxsa digər istehsalçıların avtomobillərində istifadə edəcəyi bilinmir.

Mənbə: Technote

Baxılıb: 670
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq