yüklənir
24-05-2018, 17:48 от Ramid

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev "Təşəkkürnamə" ilə təltif olundu. / Son Xəbərlər / Sabirabad Xəbərləri

    Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev Sabirabadın İlk Onlayn Kitab Mağazası "Sabirabad Bookstore" və regionun ilk elektron jurnalı olan Sabirabad Layf Jurnalının fəaliyyətində göstərdiyi dəstəyə görə xüsusi "Təşəkkürnamə" ilə təltif olunub.

   Hər hansı yeniliyin cəmiyyətin ziyalıları tərəfindən dəstəklənməsi çox önəmlidir. 

Sabirabad Layf Jurnalı 2015-ci ildə fəaliyyətə başlayanda? Azərbaycanın regionunda ilk elektron jurnal olaraq fəaliyyətə başlamışdır. Jurnal ilkin olaraq regionda böyük bir yenilik kimi qarşılanmışdır və bu zaman ilk olaraq Sabirabad rayonun vəzifəli şəxslərindən məhz Nadir müəllim jurnalımıza dəstək olduğunu bildirmişdir. Eləcə də Sabirabadın İlk Onlayn Kitab Mağazası olan "Sabirabad Bookstore" yarandıqda da rayonun vəzifəli şəxslərindən ilk dəstəkçi yenə də məhz Nadir müəllim olmuşdur. Bu məqsədlə Sabirabad Layf Jurnalı və Sabirabad Bookstore Onlayn Kitab Mağazası Nadir Quliyevi xüsusi "Təşəkkürnamə" ilə təltif edir.

Xüsusi Təşəkkürnamə Ramid Ağayev tərəfindən Nadir Quliyevə təqdim edilmişdir.

 

Sabirabad Layf Jurnalı və Sabirabad Bookstore -nin təsisçisi olaraq Ramid Ağayev bir daha Nadir müəllimə dəstəyi üçün təşəkkürünü bildirir!

Hörmətlə,
Sabirabad Layf Jurnalı

Baxılıb: 745
Şərhlər: 1

Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив