yüklənir
24-05-2018, 17:11 от Ramid

Sabirabadda Ilk dəfə Sosial Media Seminarı keçirildi. / Son Xəbərlər / Lahiyeler / Sabirabad Xəbərləri

Bu gün Sabirabad rayonunda Sabirabad Layf Jurnalı və Sabirabad Bookstore Onlayn Kitab Mağazasının təşəbbüsü və Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə regionda ilk dəfə "Sosial Media" Seminarı keçirilmişdir. Seminarı Rəqəmsal Marketoloq, Beynəlxalq Əmək Təşkilatının beynəlxalq dərəcəli "Biznes Təlimçisi", Azərbaycanın regionlarında İlk elektron jurnal olan Sabirabad Layf Jurnalının və həmçinin "Sabirabad Bookstore" Onlayn Kitab Mağazasının təsisçisi Ramid Ağayev təqdim etmişdir. Seminarda 50-dən artıq gənc və yeniyetmə iştirak etmişdir.

Seminarı aşağıdakı mövzuları əhatə edib:


• Marketinq və Rəqəmsal Marketinq nədir?
• Sosial Media Marketinq nədir?
• Sosial medianın üstünlükləri nədir?
• Sosial mediadan düzgün yararlanmağın yolları hansılardır?
• Sosial Media və Beynimiz…
• Sosial Media və Biznes imkanları
• Sosial Media Marketinq Menecer və Sosial Media Menecerin fərqi nədir?
• Kimlər Sosial Media Marketinq sahəsində uğurlu ola bilərlər?
• Sosial Media gələcək üçün nələr vəd edir?

Seminarın II-ci hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş "Şərqin İlk Demokratik Cümhuriyyəti" adlı İntellektual Müsabiqə keçirilmişdir.
Müsabiqədə təqdim edilən suallar Azərbaycan Xalq Cümhuriyyəti tarixini əhatə edib və qalib gələn 3 iştirakçı "Sabirabad Bookstore" Onlayn Kitab Mağazasından və Sabirabad Layf Jurnalından I-ci, II-ci və III-cü yerlər üzrə xüsusi təltifnamələr və kitablar təqdim edilmişdir. Qaliblərin hər birini təbrik edib, onları Sizə təqdim edirik:


I -ci yer Əsədov Ağalar
II-ci yer Abdullayev Əlisahib
III-cü yer Sadıqzadə Seymur


Sabirabad Layf Jurnalı olaraq seminarın təşkilatçılığına görə Sabirabad rayon Gənclər və İdman İdarəsinə, xüsusilə Nadir Quliyevə təşəkkürümüzü bildirirk.


Sabirabad Layf Jurnalını və "Sabirabad Bookstore" Onlayn Kitab Mağazasını aşağıdakı sosial şəbəkələrdən izləyə bilərsiniz.
Əalvə olaraq qeyd edək ki, Siz "Sabirabad Bookstore" Onlayn Kitab Mağazasından istənilən janrda (dini və siyasi janrda olan kitablar istisna olmaqla) istənilən dildə kitabları sifariş edə bilərsiniz. Türkiyədən, Amerikadan və Rusiyadan kitablar sifarişlə gətirilir.

"Sabirabad Layf" Jurnalı Facebook-da 
"Sabirabad Bookstore" Onlayn Kitab Mağazası Facebook-da
"Sabirabad Layf Jurnalı İnstagram-da
"Sabirabad Bookstore" Onlayn Kitab Mağazası İnstagram-da
Təlimçi Ramid Ağayevi İnstagram və Facebook-da izləyə bilərsiniz. 

Seminarda çəkilmiş fotoşəkilləri Sizə təqdim edirik.

   

Baxılıb: 465
Şərhlər: 5

5 şərhlər

Əflatun Məmmədov / 1 октября 2018 10:52
Necəsən pesi?))
kolyasFealk / 27 ноября 2018 19:57
Всем привет; свежжее обновление полезной информации для родителей коляска люлька купить Плюсы: такой тип колясок идеально подходит для бега, бега трусцой, или ходьбы по пересеченной местности.Обустраиваем детскую комнату, покупаем удобный и красивый рабочий компьютерный стол и стул на колесиках, мебель для школьников, детская мебель оригинального дизайна: 13.Но скоро придется искать ей на замену уже другую коляску, потому что ребенок достаточно быстро вырастает.

Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив