yüklənir
15-05-2018, 13:17 от Ramid

Sabirabaddan olan professor Rauf Ağayev rəhbər təyin edildi. / Son Xəbərlər / Sabirabad Xəbərləri

Sabirabad Layf Jurnalı xəbər verir ki, əslən Sabirabad rayonundan olan Professor Rauf Ağayev Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbəri təyin edilib.

   Professor Rauf Ağayev 1976 - 1982 -ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Cərrah ixtisası üzrə təhsil alıb.
O, 1983 - 1985 -ci illərdə Abşeron MKX-da həkim-cərrah, 1985-1989 -cu illərdə M.A.Topçibaşov ad.Klinik və eksperimental cərrahiyyə üzrə ETİ-da həkim cərrah kimi çalışmış, 1986-1989 -cu illərdə isə "Cərrahiyyə” ixtisası üzrə aspirantura üzrə təhsil almışdır.
   1989 - 1990-cu illərdə Kiçik Elmi-işçi, 1990 -1997 -ci illərdə isə Qastroenterologiya Elmi Tədqiqat İnstitutunda Böyük Elmi-İşçi kimi çalışmışdır. 2012 - 2016 -cı illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Direktorun müavini və baş həkim, 2017-ci ildən isə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Direktorun müalicə işləri üzrə müavini- baş həkim olaraq çalışmışdır.
Professor 302 elmi məqalənin, 11 səmərələşdirici təklifin müəllifidir. İş fəaliyyəti dövründə 4 tibb üzrə fəlsəfə doktoru və 1 tibb elmləri doktoru hazırlayıb.
Professor Azərbaycan Tibb Müəssisələri Assosiasiyanın sədridir.

Qeyd edək ki, Rauf Ağayev M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin sabiq rəhbəri Akademik Böyükkişi Ağayevin qardaşı oğludur.

Sabirabad Layf Jurnalı olaraq professoru təbrik edib, ona işlərində uğurlar arzulayırıq.

Baxılıb: 1 644
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив