yüklənir
24-03-2018, 03:22 от Ramid

Elon Musk türkün "kişisənsə Space X-ın Facebook səhifəsini sil" sözü ilə Tesla və SpaceX səhifələrini sildirdi. / Son Xəbərlər / Texnoloqiya

Sabirabad Layf Jurnalı bildirir ki, Tesla və Space X şirkətlərinin rəhbəri Elon Musk Facebook-un 50 mln istifadəçinin məxfi məlumatlarının sızdırılması ilə bağlı yaranan qalmaqaldan sonra Twitter hesabında müzakirələr zamanı @serdarsprofile adlı türk vətəndaşı olan istifadəçinin "Kişisənsə Space X şirkətinin Facebook hesabını sil" şərhindən sonra Elon Musk şirkətinin Facebook səhifəsinin olduğunu bilmədiyini yazıb, daha sonra isə Space X ilə Tesla şirkətlərinin rəsmi Facebook səhifələrini silib. Bu zaman belə bir sual yaranır ki, belə bir böyük şirkətin rəhbəri necə olub ki, şirkətlərinin rəsmi Facebook səhifələrinin olduğundan xəbərsiz olub.
Qeyd edək ki, hər iki səhifələrin hər birində 2.6 milyon izləyicisi vardı və səhifələrin rəsmi şirkət səhifələri olduğu Facebook tərəfindən təsdiqlənmişdi. Elon Musk bu hərəkəti ilə Mark Zuckerberg-ə qarşı çox böyük səhv etdiyi düşüncələri internetdə yayılmaqdadır. Markın ona cavabı nə olacaq hələ bilinmir...
Əlavə olaraq qeyd edək ki, Elon Musk Mark Zuckerberg-in sahib olduğu İnstagram sosial şəbəkəsinin aktiv istifadəçisidir. 
Həmin yazışmanı sizə təqdim edirik.

Baxılıb: 599
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив