yüklənir
19-01-2018, 17:07 от Naila

2018/19-cu tədris ili üçün Macarıstan təqaüd proqramına dair elan / Son Xəbərlər / Elm / Lahiyeler

Müraciət forması və tarixlər:Əziz Gənclər! Sabirabad Layf Jurnal edumap-ın istinadı ilə, xəbər verir ki, Namizədlərin elektron müraciət formasını doldurmaları üçün yekun tarix 16.02.2018-ci ildir.
Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə bildiriləcəkdir.
Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə
buraxılmayacaqdır;
Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır.
Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur.
Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan Təqaüd Heyətinə təqdim ediləcəkdir.
Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq (1,2,3) göndəriləcəkdir.
*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş 3 universitetdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan Təqaüd Heyətinin yekun
qərarının cari ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Yalnız xüsusi və gözlənilməz hallar istisna olmaqla və Tempus Fondunun razılığı olmadan təqaüdü qazanmış namizədlər təhsillərini növbəti semestrə və ya akademik ilə təxirə sala bilməzlər
macaristanda-tehsil

Baxılıb: 562
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq