yüklənir
19-01-2018, 15:42 от Naila

“İRƏLİ” İctimai Birliyində təcrübə proqramı / Son Xəbərlər / Elm / Lahiyeler

Əziz Gənclər! Sabirabad Layf Jurnal edumap-ın istinadı ilə, xəbər verir ki, Əgər Siz də gəncsiniz, dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası iş təcrübəsi qazanaraq bilik və bacarıqlarınızı artırmaq istəyirsinizsə o zaman təklif edilən bu fürsəti qaçırmayın.
“İRƏLİ” İctimai Birliyinində təcrübə keçmək haqqı qazanaraq siz aşağıda qeyd olunan katibliklər tərkibində fəaliyyətinizə start verə bilərsiniz:
Layihələrlə iş üzrə katiblik;
İnsan Resursları Katibliyi;
Mətbuat Katibliyi;
Beynəlxalq əlaqələr üzrə katiblik;
Regionlarla iş üzrə katiblik;
Humanitar Sosial məsələlər üzrə katiblik.
Təcrübə müddəti 3 ay davam edəcəkdir, təcrübəni uğurla başa vurmuş gənclər şəhadətnamə ilə təltif olunacaqdır.
Təcrübə proqramı üçün tələb olunan meyarlar:
Yaş həddi 18-25
İşində yüksək motivasiyalı olmalı
Təşəbbüskar və məsuliyyətli olmalı
Komanda ilə işləmə bacarığı olmalı
Xarici dil biliklərinə sahib olmalı
Əgər siz də ictimai sferada özünüzü tanıtmaq və ictimai fəaliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, “İRƏLİ” ailəsinə
qoşulun!
Son müraciət tarixi: 23.01.2018
Qeydiyyat üçün aşağıdakı linkə daxil olun:
http://ireli.az/elanlar/

Baxılıb: 449
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq