yüklənir
5-01-2018, 10:44 от Naila

“CanSat Azerbaijan” adlı müsabiqə keçiriləcək / Son Xəbərlər / Elm / Texnoloqiya

Sabirabad Layf Jurnal edumap-ın istinadı ilə, xəbər verir ki, “CanSat Azerbaijan” adlı müsabiqə keçiriləcək

Layihə haqqında

Müsabiqə ilk dəfə 1999-cu ildə “ARLISS” adı altında Yaponiya və Amerikanın universitet tələbələrinin iştirakı ilə
keçirilib.
1998-ci ildən başlayaraq dünyanın bir çox ölkələrində keçirilən və nüfuza sahib olan “CanSat” müsabiqəsinin 2018-ci ildən etibarən Azərbaycanda da keçirilməsi planlaşdırılır. “CanSat Azerbaijan” adlandırılacaq bu müsabiqə ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin məqsədi:
Ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması;
Azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi;
Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və uğurlu nəticələrin əldə edilməsi;
Gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsidir.
Müsabiqə 7 mərhələdən ibarətdir:
Müraciət və qeydiyyat
Müzakirələr və təlimlər
PDR¹ – Modelin ilkin hesabat sənədlərinin təqdim edilməsi
CDR² – Modelin yekun hesabat sənədlərinin təqdim edilməsi
Hazırlanan peyk modellərinin buraxılışı
PFR³ – Uçuş sonrası hesabat sənədlərinin təqdim edilməsi
Yekun qiymətləndirmə və təltifetmə
¹PDR – Preliminary Design Review,
²CDR – Critical Design Review, PFR – Post Flight Report
³PFR – Post Flight Review

Müraciət və qeydiyyat

Müsabiqədə iştirak etmək istəyən komandaların öz təkliflərini “Müraciət forması”-nı yükləyərək doldurub qeydiyyat müddəti ərzində (5-23 yanvar 2018-ci il) Təşkilatçılara imzalanmış formada poçt vasitəsi ilə təqdim etməyi tələb olunur. Həmçinin, komandalar cansat.az veb səhifəsindən də qeydiyyatdan keçməlidirlər.
Komandalardan “Müraciət forması”-nı düzgün qaydada doldurulmasına əmin olmaları xahiş olunur. Komanda – 1
“Müraciət forması”-nı göndərməklə komandalar Müsabiqənin texniki şərtlərini      oxuduqlarını və onlarla
razılaşdıqlarını təsdiq edirlər.
Layihədə iştirak etmək üçün son tarix 23 yanvar 2018-ci ildir. tələbənin komanda rəhbəri seçilməsi şərti ilə minimum 3, maksimum isə:
yalnız bakalavr pilləsində oxuyan tələbələrdən ibarət komanda üçün – 8;
yalnız magistr pilləsində oxuyan tələbələrdən ibarət komanda üçün – 4;
bakalavr və magistr pilləsində oxuyan tələbələrdən ibarət komandalar üçün – 4 bakalavr və 2 magistr olmaqla cəmi 6
tələbədən ibarət ola bilər. Bütün komanda üzvləri eyni ali təhsil müəssisəsində təhsil almalıdır. Təşkilatı işlərin koordinasiyası üçün komandaya ali təhsil müəssisəsi tərəfindən Nümayəndə təyin olunmalıdır.
Qeyd: Nümayəndə müsabiqə zamanı texniki tapşırıqlarla bağlı komandaya heç bir köməklik göstərə bilməz.
Yuxarıda göstərilən tələblər müraciət edən komandalar tərəfindən yerinə yetirildikdən sonra Təşkilatçılar tərəfindən qeydiyyat ilə bağlı məlumatlar birbaşa komandaların elektron poçt ünvanına göndəriləcək.

Təqvim

Müsabiqənin detallarını və tələblərini özündə əks etdirən “Texniki tapşırıq” ilkin mərhələ başlamazdan əvvəl Təşkilatçılar tərəfindən açıqlanacaq.
Müsabiqənin mərhələlərinin aşağıda göstərilən vaxt aralığında keçirilməsi planlaşdırılır:
MərhələTarix
1 Müraciət və qeydiyyat 5 yanvar – 23 yanvar
2 Müzakirələr və təlimlər 1 fevral – 28 fevral
3 PDR – Modelin ilkin hesabat   sənədlərinin təqdim edilməsi 1 mart – 31 may
4 CDR – Modelin yekun hesabat   sənədlərinin təqdim edilməsi 1 iyun – 20 iyul
5 Hazırlanan peyk modellərinin   buraxılışı         avqust
6 PFR – Uçuş sonrası hesabat   sənədlərinin təqdim edilməsi avqust-sentyabr
7 Yekun qiymətləndirmə və   təltifetmə avqust-sentyabr

Baxılıb: 653
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq