yüklənir
26-07-2017, 09:26 от Naila

'DeepMind' şirkəti, gələcəyi görə bilən süni zəka yaratdı (VİDEO) / Son Xəbərlər / Elm / Texnoloqiya

 DeepMind” şirkəti, yaxın gələcəyi öncədən görə və bunun əsasında öz qərarlarını qəbul edən süni zəka yaradıb.

Şirkət tərəfindən yaradılmış süni zəka, öz xəyal gücündən istifadə edərək yaxın gələcəyi müəyyən edə bilir. Beləliklə yaradılmış yeni süni zəka növü, adi süni zəkadan qat-qat effektiv olub. Şirkətin saytında “DeepMind” mütəxəssisləri, xəyal gücü əsasında planlaşdırmanın qurulmasının yeni üsulunun qısa təsəvvürünü qeyd ediblər. Xəyal gücü ilə tamamlanmış agentlər və ya I2As (Imagination-Augmented-Agents), sistemdə olan xəyal gücü proqram kodundan istifadə edir. Bu isə öz növbəsində süni zəkaya, hadisələrin gələcəkdəki inkişafının hansının düz, hansının səhv olduğunu müəyyən etməyə yardımçı olur. Bir neçə müddət bundan öncə “DeepMind” şirkətinin təsisçisi Demis Hassabis çox maraqlı bir məqalə yazmışdı. Həmin məqalədə süni zəka inkişafının, xəyal gücü, maraq və yaddaş kimi insan imkanlarının kodlaşdırılmasından necə asılı olduğu barədə danışılırdı.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/llwAwE7ItdM" frameborder="0" allowfullscreen></iframe>
I2A da insan beyninin bu imkanlarının kopyalaşdırılmasına nail olmağa çalışan sistemdir. Yeni alqoritm, Sokobanadlı qəliz oyun vasitəsilə test edilib. Bu oyunda balaca yadplanetli, maneələri lazımi yerlərə daşımalıdır. Onları yerlərindən çıxartmaq mümkün deyil. Məhz buna görə kiçik bir səhv, oyunda uduzmağa gətirib çıxardır. Mütəxəssislər bu oyunda süni zəkaya yalnız 1 şans veriblər. Buna görə də süni zəka öz beynində müxtəlif variantları və hər bir qərarın mümkün aqibəti haqqında hesablamalar aparıb. Bu cür hesablamalardan sonra süni zəka oyuna başlayıb. Nəticədə məlum olub ki, I2A, xəyal gücünə sahib olmayan adi süni zəkadan daha effektivdir. O, oyun hadisələrinin simulyasiyasından daha çox məlumat əldə edərək oyunda daha sürətli qərarlar qəbul etməyə nail olub. Mütəxəssislər, süni zəkaya, gələcək qərarların yoxlanılması planını tərtib edən menecer özəlliyini əlavə edəndən sonra o, tapşırıqları daha sürətli və effektiv şəkildə yerinə yetirməyə başlayıb.

Baxılıb: 383
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq