yüklənir
23-04-2017, 18:26 от Ramid

"Bakcellin Call Center-də "Yüksək xidmət göstərən işçilər" : "Nömrənizi Bakcell-ə keçirəndə bizə demişdiniz?" / Son Xəbərlər / Köşə yazıları

     İlk olaraq qeyd edim ki, Sabirabad rayonu ərazisində Bakcell-in şəbəkəsində 2 gündür davam edən problem hal-hazırda da mövcuddur. Siz bu problemlə bağlı Bakcell-in Məlumat Mərkəzinə (Call Center) zəng vursanız Sizə bunu deməyəcəklər. Çox gümanki nömrənizi qeydə alıb, biz heç bir məlumat verə bilmərik deyib yola verəcəklər. Amma əgər Sizin nömrədə hal-hazırda bu problem varsa telefonunuzun bir və ya iki kartlı olmasından asılı olmayaraq telefonunuzun tənzimləmələr (настройки) bölümünə daxil olub, orada şəbəkəni (Тип сети) tapırsınız və avto rejimi yaxud 3G (4G)-ni 2G-ə yaxudda GSM-ə dəyişirsiniz. Bu zaman Sizin telefonunuzda normal şəbəkə olacaq lakin sürətli internetdən istifadə edə bilməyəcəksiniz. İnternetiniz zəif olacaqdır. Keçək əsas mövzumuza...Deməli ilk olaraq qeyd edim ki, Bakcell şirkəti ümumiyyətlə öz işçilərini konkret istismar etməyən bir şirkətdir. Yəni işçilərin hər biri qanun çərçivəsində işə götürülür və Bakcell işçilərə bir çox imkanlar yaradır və onların bilikli olmasına və inkişafına yatırımlar edir. Bunu mən Bakcell əməkdaşı olduqda görmüşəm. Yəni düzü demək lazımdır ki, Bakcell-də çox yaxşı savadlı kadrlar da var. Hansıki onlar arasında mənim tanıdığım və tanımadığım Müştəri Xidmətləri işçiləri və Baş Ofis işçiləri də var. Xüsusilə də qeyd edim ki, Sabirabad və Şirvanda çalışan müştəri xidmətləri işçiləri çox yaxşı xidmət göstərir və müştərinin problemini öz problemi bilərək onların hər birinə xüsusi diqqət göstərərək həll etməyə çalışırlar. Bunu mən tərif kimi yox bir real fakt olaraq deyirəm.  Qeyd edim ki, bu yaxşı sözləri bir vaxtlar Bakcell-in Call Center-i üçün də demək olardı, lakin son zamanlar qarşılaşdığım hadisələr mənə bunu deməyə imkan vermir. Son 1 il ərzində müştəri olaraq Bakcell-in Məlumat Mərkəzinə (Call Center) hardasa təxmini 15-20 dəfə müraciət etmişəm. Hansı ki, bu müraciətin 10%-dən məmnun qalmışam. Hər dəfə bu şirkətdə nəvaxtsa çalışmaq səbəbindən və Bakcell-də çox yaxşı kadrların olmasının və yazımın onlara da Bakcell əməkdaşı olaraq ləkə gətirə bilməsi səbəbindən bu məsələni ictimailəşdirmək istəməmişəm. Lakin artıq dünən səbir kasam doldu ...
Deməli Sabirabad rayonunda ötürücü stansiyalarda yaranan problem səbəbindən 22.04.2016 tarixdə saat 22:00 - 22:30 radələrində 555 Məlumat Mərkəzinə zəng vurdum. Düzü deyim ki, zəngə cavab verən operator (adı dəqiq yadımda deyil, çünki səs qırıq gəlirdi. Amma səhv etmirəmsə Fərid idi) çox mədəni formada cavab verdi və problemin nə yerdə qalmasını öyrənmək üçün məni gözləmə rejiminə qoydu və daha sonra zəngə qayıtdıqda birdən şəbəkə kəsildi. Bundan sonra bir daha zəng vurdum və mənə cavab verən operatora "Sabirabadda Bakcellin ümumi şəbəkə problem var. 3G şəbəkədə zəng etmək və internetə daxil olmaq mümkün deyil. Bu problem nə vaxt həll olunacaq?"  sualıma Sizin nömrənizi qeydə aldıq Sizə məlumat veriləcək və sairə sözlərlə cavab verdi. Lakin sualı bir daha təkrar etsəm də bu operator yenə kobud formada eyni sözləri təkrar etdi. Mən də bu insanla artıq daşımağın məntiqsiz olduğunu görərək adını dəqiqləşdirib sağollaşdım.

   Daha sonra bir daha yığdım ki, bəlkə bəxtim gətirə mənə 1-ci cavab verən o operator cavab verər və konkret olaraq problemin nəvaxt həll olunacağını deyər. Bu dəfə isə onu qeyd edim ki, daha pis bir mənzərə ilə qarşılaşdım. Deməli operatora dəfələrlə sualımı təkrararlasamda və daha mədəni danışmağa çalışsamda problemlə bağlı heç bir məlumat ala bilmədim. Ona mən nə edim Nardan Bakcell-ə keçmişəm indi də Azercell keçim? deyərək sual verdikdə, o mənə kobud şəkildə "Siz Bakcell-ə keçərkən bizə demişdiniz?" cavabını verdi. Bundan sonra ona sən hansı haqqa müştəri ilə belə danışırsan dedikdə çayxanada oturub mənimlə danışan bir insan kimi, refleks cavab idi verdim deyə özünü haqlı çıxarmağa başladı. Etdiyi səhv bir yana sözümü dəfələrlə kəsib ona mədəni xoş müraciətlərimi nəzərə almadan etdiyi hərəkətə görə üzr belə istəmədi. Qeyd edim ki, yuxarıda dediyim kimi bu 1 il ərzində Bakcellin Məlumat Mərkəzinə 15-20 dəfə müraciətlərimin demək olar ki, 90%-də yalandan şablon ifadələr cavab almışam. Onlar problemi həll etməli olduqları təqdirdə məni müştəri xidmətlərinə yönləndiriblər. 
   Mən çox yaxşı bilirəm insanlarla işləmək çətindir. Bu işdə böyük gərginlik var. Lakin əgər bir müştəri mədəni danışırsa və çox sadə bir sualına cavab istəyirsə bu cavabı vermək əvəzinə robot kimi eyni sözləri təkrar edib kobud rəftar nəyə lazımdır axı? Bu bir yana, zəng vuran müştərinin nömrəsinin digər operatordan daşnımış (MND) olduğunu, biznes gold abunəçisi olduğunu nəzərə almaq və daha diqqətli danışmaq məcburiyyətində olduğunu bu işçi bilmir ki? Ümumiyyətlə bir insanın danışmaq qabiliyyəti yoxdursa, təmkinli deyilsə, niyə belə bir işdə işləməlidir ki? Anlayıram iş tapmaq çətindir və s nünanslar var. Amma işlədiyin işdən asılı olmayaraq hər bir insan tutduğu vəzifənin məsuliyyətini anlamalıdır. Bilməlidir ki, bu vəzifə ondan nə tələb edir. Məlumat Mərkəzi (Call Center) eləcə də Müştəri Xidmətləri işçisinin hirsli, problemli olmasından asılı olmayaraq iş vaxtı heç bir müştəri ilə kobud danışmağa haqqı yoxdur, hətda müştəri onunla kobud danışsa belə... Məninmlə danışan operatorun adını qeyd etmirəm o səbəbdən ki, onun işindən olmasını istəmirəm. Mən sadəcə haqqım olduğu üzrü ondan istəyirəm ki, onu da Müştəri Xidmətlərinə gedib rəsmi olaraq Bakcell şirkətinə müraciət edib tələb edəcəyəm.
   Lakin sizə Bakcell Call Center-nə müraciət edərkən mənim kimi kobud rəftarla üzləşmənizi istmərsinizsə belə bir məsləhət verərdim ki, operatorla danışığınız Bakcell tərəfindən qeydə alındığı kimi Sizdə operatorla danışmağa başlarkən telefonunuzda səs yazısını qoşun və danışığı qeydə aldığınız barədə operatora məlumat verin. O zaman o Sizinlə 99% kobud danışmayacaqdır.
Birdə aranızda (Azercell Nar Mobile abunəçiləri) nömrəsini daşıyıb Bakcell-ə keçmək istəyən insanlar varsa onlara da məsləhət görərdim ki, nömrənizi Bakcell-ə daşımazdan əvvəl Bakcellin 555 Məlumat Mərkəzini  (Call Center) yığıb onlarla məsləhətləşin və daha sonra Bakcell-ə keçin. Çünki ola bilsin ki, Bakcellin şəbəkəsində problemlər çox olduğundan onlar Sizə nömrənizi Bakcell-ə daşımayın deyəcəklər.


Ramid Agayev

Baxılıb: 1 195
Şərhlər: 10

10 şərhlər

Saleh / 23 апреля 2017 19:27
Çox gözəl. Bakcell-in müştəri xidmətlərindən çox narazıyam mende. Hecvaxt problemi həll etməyiblər. Helede set it günundədir
Natiq / 23 апреля 2017 20:03
Bakcellin Sabirabadda şəbəkəsində boyuk problem var. Musteri ilə danisigi 555 bilmir
Ruhin / 23 апреля 2017 21:22
Çox gözel. Bakcell bizim kənddə de yaman günlük sebekesi var. Dünən 555-i yığdım meni aciladilar
Sebine / 23 апреля 2017 23:55
Bakcell-in müştəri xidmətlərində isleyeneler hetda xanimla danışmağın qaydasını bilmirlər. Kobud reftar edirlər. İnsanla elə reftar edirlerki bunlarla danışan savadisiz insandır. Tamamilə razıyam ish görülməlidir belə adamlar işləməlidir

Vusal Cabbarov / 24 апреля 2017 00:08
Mən Şırvandanam burda müştəri xidmətləri  yaxsidir. Amma 555 yox. Dəfələrlə dost tanis 555de isleyeneler pis danışdıqlarina gore gelib sifahi deyibler musteri xidmetlerine. Coreye deymemek ucun ciddiye getmemisik. Amma gorurem ciddiye getmek lazımdır. İndide dogma cine bir emma edibler. Tarif yaxsi tarif idi amma indi çox pisdir. Atirlar. Provayderlər hardan qoşulur nomreye hec bilmirik. Bunları dayandır Bakcell.
Rasim / 24 апреля 2017 00:52
Bakcell xidmeti cox pisdir. Bezmisem nomreme gelende provayder smslerinden. musteri xidmetleri ise isee yaramir problem hell etmirler
Xeyal / 24 апреля 2017 11:01
Hal-hazirda sebeke yoxdur Bakcellde Aadam bele sheye gorede 555-i yigmaq istemir. Ela Yazidi ellerine sagliq Sabirabad Jurnali
Babek / 24 апреля 2017 17:52
Bakcellin 555-i ancaq yola verir adami. Provayderlər qanımızı icir. 

Super yazidi. Hamı şikayət etsin. Doğurdanda xidmet bərbaddır Məlumat Mərkəzində
Cosqun / 24 апреля 2017 19:57
Men bakcelle kecmek isteyirdim gerek onda kecmeyem
Sevinc / 25 апреля 2017 20:06
555 den cox naraziyam. Her zaman berbad xidmet gosterirler

Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив