yüklənir
4-04-2017, 12:32 от Ramid

Unutduğumuz şəhid! 2016-cı il Sabirabadın İlin Adamı Şəhid Rizvan Muradovun bu gün şəhidliyinin İldönümüdür. / Son Xəbərlər / Sabirabad Xəbərləri

Şəhidlik böyük zirvədir. Bu zirvə çox insana nəsib olmur. Lakin şəhidlik zirvəsinə ucalan insanların hər zaman yad edilməsi onların ailələrinə diqqət və qayğının göstərilməsi hər bir cəmiyyətin borcudur.  Amma təəsüf ki, bizim cəmiyyətdə bu çoxda sezilmir. İnsanların unutqanlığı, laqeyidliyi bir şəhid ailəsinin ən çox ehtiyac duyduğu diqqət və qayğıdan onları məhrum edib. Biz bunu şəhid ailəsinə baş çəkməklə bağlı insanlara çağırışımızdan daha aydın gördük. Jurnalımızın təsis etdiyi İlin Adamı Mükafatının 2016-cı il üzrə sahibi şəhidmiz Rizvan Muradovun ailəsinə baş çəkməklə bağlı insanlara müraciətimizə verilən reaksiya bizi çox məyus etdi. Hansıki, şəhidin yaşadığı kəndə yaxın kəndlərdəki insanlardan başqa heç kimdən dəstək görmədik, yaxın dostlar istisna olmaqla...Dostların dəstəyi ilə Sabirabad rayon mərkəzindən çox uzaqda yerləşən bu kəndə yola düşdük. Şəhidin qəbrini ziyarət etdik və onun ailəsinə baş çəkərək mükafatı şəhidimizin atasına təqdim etdik. Şəhidimizin atası Qarabağ veteranıdır. Onun üzünə baxarkən üzündən nə qədər dərdli olduğunu görmək çox çətin deyildir. Şəhidimizin iki qardaşı var. Onlardan biri 9-cu sinifdə oxuyur. Ailənin sosial durumu çox ağırdır. Sosial problemlər və ən əsası oğul itkisinin acısı onun gözlərindən açıq-aydın görünürdü. Atanın ürəyi o qədər dolu idi ki, onunla bir gün belə danışsaydıq inanın mənə onun sözləri bitməzdi. Sanki bizləri çoxdan gözləyirmiş kimi... Dərdini, ağırısını-acısını kiməsə danışmaq üçün, ürəyini boşaltmaq üçün çoxdandır kimlərisə axtarırmış kimi...
Şəhidimizin böyük qardaşı işsizdir, Ata həmçinin... Ailə ancaq kənddə təsərüfatdan gələn kiçik gəlirlə dolanır. Onların yaşadıqları ev isə tam yaşamaq üçün hazır vəziyyətdə deyil. Həyətyanı çəpər və hətda darvazada yoxdur. Onların durumları belə olsada inanın ki, onların ehtiyac duyduqları ən böyük şey diqqətdir qayğıdır. Ailəyə baş çəkib hal-əhval tutmanız onlara ən böyük yardımdır. Bu gün şəhidimizin şəhidliyinin ildönümdür. Hər kəsə müraciət edərək şəhid ailəsinə baş çəkməyə, onun qəbrini ziyarət etməyə çağırıram. Bu bizim vətəndaşlıq, insanlıq borcumuzdur. Gəlin birlik olaq! Gəlin şəhidimizin ailəsinin acısını bölüşək o acıya şərik olduğumuzu göstərək.
Şəhidimiz Rizvan Muradov Telman oğlu 1996-cı ildə Sabirabad rayonu Çiçəkli kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. 2016-cı il Aprelin 4-də Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Bu gün onun doğulduğu kənddə şəhid olmasının ildönümü qeyd edilir. Allah rəhmət etsin!Ruhu şad olsun! Ailəsinə Allahdan səbir diləyirik.
Qeyd edək ki, şəhidimiz 2016-cı il Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Sabirabad Layf Jurnalının təsis etdiyi Sabirabadın 2016-cı İlin Adamı adına layiq görülmüşdür.



Baxılıb: 1 126
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив