yüklənir
1-03-2017, 16:37 от RamidAghayev

Robot sayı, 30- il içində dünyadakı İnsan sayını Keçəcək! / Son Xəbərlər / Texnoloqiya

Yaponların dünyaca məşhur telekommunikasiya və internet şirkəti olan Softbank-ın CEO-su Masayoshi Son, ağıllı robotların sayının 30 il içində insan əhalisindən çox olacağını söylədi.

Barcelona-dakı Dünya Mobil Konqresində texnologiyanın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyinə dair fikirlərini paylaşan Softbank-ın CEO-su Masayoshi Son, "Gələcək 30 ildə ayaqabılarımızda olan çiplər beynimizdən daha ağıllı olacaq. Bu çiplərin üstünə basacağıq amma onlardan daha geridə olacağıq" dedi. Bu gün orta hesabla bir insanın IQ-sunun 100, Albert Einstein və ya Leonardo Da Vinçi kimi şəxslərin 200-ə qədər çıxdığını söyləyən Son, bu kəslərin dahi olaraq dəyərləndirilməsinə qarşılıq robotların IQ-sunun zamanla 10 minə qədər çıxa biləcəyini bildirdi. Bunu "super zəkanın doğuşu” olaraq təyin edən Son, "bəli, bu gerçək olacaq” dedi.

Ağıllı robotların 30 il içində insan əhalisindən daha çox sayda olacağını, görünüşlərinin və ölçülərinin insanlarla bənzərlik göstərəcəyini söyləyən Son, bəzi robotların uçacağını üzə biləcəklərini, bəzilərinin iki ayağının, bəzilərinin isə yüzlərlə ayağa sahib ola biləcəyini söylədi.

Robotların nə cür bir təhlükə meydana gətirə biləcək mövzusunda da fikirlərini ifadə edən Son, sözlərini bu ifadələrlə sonlandırır: "Məncə bu super zəka bizim tərəfdaşımız olacaq. Əgər bunları düzgün istifadə etməsək bu bir risk meydana gətirə bilər. Buna qarşı robotları doğru işlər üçün istifadə etsək bunlar daha yaxşı bir həyat üçün ortaqlarımız ola bilər”.

Texhnote

Baxılıb: 315
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq