yüklənir
26-02-2017, 19:33 от Ramid

Dünya Xocalı Soyqırımını tanımır? / Son Xəbərlər / Köşə yazıları

Bu gün Xocalı soyqırımından 25 il ötür. Həmin gün doğulan uşaqların artıq 25 yaşı var. Bu qədər ilə keçməsinə baxmayaraq hələ də dünyanın bir çox ölkəsi bu faciəni soyqırım kimi qəbul etmir və ən əsası bu hadisənin günahkarları öz cəzalarını tapmayıblar. Lakin bu 25 ildə çox şey ola bilərdi. Məsələn: Qarabağ alınardı, Xocalı və digər rayonlar işğal altında olmazdılar və beynəlxalq səviyyədə Qarabağda baş verən bu 25 illik əsarətə, eləcədə törədilən vəhşiliklərə görə axıdılan hər şəhid qanının bir damlasına görə Ermənistan Azərbaycan xalqından üzr istəyib bütün dəymiş maddi və mənəvi zərərə görə təzminat ödəyərdi və bütün dünya 1992-ci il 26 fevral tarixində Xocalıda baş verən qeyri-insani vəhşilikləri dolu faciəni soyqırım kimi qəbul edərdi. İnanın mənə bu ola bilərdi... Sual verəcəksiniz ki, bəs niyə olmadı? Ona görə olmadı ki, biz istəmədik! Ona görə olmadı ki, biz buna cəhd etmədik... Nə qədər ağır olsada bizim hər birimiz bir vətəndaş olaraq yuxarıda sadaladığımız ola bilərdilərin olmamasına görə cavabdehik...1992-ci ildən sonra bizim hər şeyimiz oldu... Müstəqil olaraq təhsilimiz, səhiyyəmiz, neftimiz, sərvətimiz oldu. Lakin bir neçə il öncə baş verənləri unutduq... Uşaqlar böyütdük! Onları yedizdirdik, geyindirdik, gəzdirdik Azərbaycan dilindən başqa bütün dilləri öyrənməyinə çalışdıq. Halalla haramı bir-birinə qatıb uşaqlarımızı haramla böyütməyə başladıq. Bir-birimizin haqqına girdik, susmaq qızıldı deyib susduq! Haqqı istəyəni demoqoq, işverən adlandırıb özümüzdən, cəmiyyətdən uzaqlaşdırdıq, alim və dəyərli insanlar qiymət verməyib onların ölkədən getməsinə şərait yaratdıq. Avropa deyə-deyə özümüzü itirdik... Avropaya dünyanın nadir incisi olacaq gözəl dəyərlərimizi məhv edərək getdik. Dilimizi, imanımızı dəyişməyə çalışdıq... Uşaqlarımıza sən fərqlisən, sən hamıdan üstünsən və hər şeyin yaxşısına sən layiqsən düşüncəsi ilə böyüdüb cəmiyyətə nə qədər yararsız vətəndaş və canlı bombalar verdik. Uşaqlarımızın gözümüzün öndündə təhsilsiz, elmsiz olmasına göz yumduq. Bəzilərimiz öz uşağı ilə yanaşı müəllim adını daşıyaraq digərlərinin uşaqlarını da məhv etməklə məşğul oldu. Öz qarnızımı, evimizin içini düşünüb onun doldurmaq təmiz saxlamaqla məşğul olduq. Amam çölə çıxanda hətda küçəmizdə qapının ağızına belə bizim deyilmiş kimi davranaraq oranı çikləndirdik. Təkəbbür içimizi yedi dağıttdı. Bildiyimiz balaca bilgilərlə yetinib özümüzü hamıdan ağıllı saydıq... Cəmiyyətdə tutduğumuz yerdən asılı olmayaraq vətəndaş kimi üzərimizə düşən məsuliyyətin fərqinə varmadıq... Məsuliyyətsiz olduq! Özümüzün qüsurlarını düzəltmədik, onun -bunun qüsurlarını müzakirə edib digərlərindən qüsurlarını düzəltəməklərini tələb etdik. Xaricə getdik... Bura Azərbaycan deyil deyib insanların edə biləcəyi ən pis hərəkətləri etdik və anlamadıq ki, biz xaricdə filankəsin oğulu qızı yox, azərbaycanlı olaraq tanınırıq və biz Azərbaycan adını xalq adı olaraq daşımaq məsuliyyətinin nə olduğunu anlamadıq.

Sabirabad Layf Jurnalı "Yadplanetlilər Sabirabadda..." buraxılışını oxumaq üçün daxil olun.

Bəlkə də bu cümlələr bir çoxunuz üçün çox ağır oldu. Ağır sözlər üçün üzr istəyirəm amma həqiqət budur! Azərbaycanlı olaraq xalqımı çox sevirəm və hələ də bu xalqda gözəl xüsusiyyətlərin olduğunu görürəm və bilirəm. Hansıki, millətlər var ki, bu dəyərlərin onların millətində olması üçün bütün varidatlarını verərdilər. Bu xüsusyyətlər bizim hər birimizdə var və hansıki bu xüsusiyyətlərin bəzilərini çoxumuz gizlədir ya da hər gün onu evdə bir küncə qoyub işimizin dalınca gedirik. Amma hər şey düzələ bilər... Hər şey gözəl ola bilər... Bu bizim hər birimizdən aslıdır. Xocalı soyqırımı kimi dəhşətli hadisənin bir daha bu xalqın başına gəlməsini istəmirəm. Haqqın ədalətin bərqərar olmasını istəyirəm. Bilirəm bunu hamınız istəyirsiniz amma heç biriniz buna can atmırsınız. Dünya artıq 20-30 il əvvəlki dünya deyil. Bir milləti millət olaraq dünya xalqı o zaman qəbul edirki o millətin nümayəndələri dünyada xüsusi prinsiplər dəyərlər aşılasın, elmli olsun və cəmiyyət üçün dünyanın gələcəyi üçün lazımlı olsunlar...
Azərbaycan xalqına çağırış edib elmli olmağa, insanı dəyərləri cəmiyyətdə aşılayıb cəmiyyətimiz inkişaf etdirməyə çalışmağa, ailədə, cəmiyyətdə tutduğunuz vəzifəni məsuliyyətlə yerinə yetirməyə dəvət edirəm. İnanın mənə yuxarıda sadaladığımız hər şey düzəlsə o zaman Qarabağda bizim olacaq, Xocalıda və hətda İrəvanda...
Xocalı faciəsi bir soyqırımdır. Bu dəhşətli hadisədə həyatını itirən yüzlərlə insana Allahdan rəhmət diləyib, onların qanlarının yerdə qalmamasını arzulayırıq! Amin!
Ermənilər unutmasın bizim insan olaraq qüsurlarımız ola bilər. Amma biz onlar kimi millət olaraq qüsurlu deyilik.

Müəllif: Ramid Ağayev

Baxılıb: 422
Şərhlər: 1

1 şərhlər

Samir / 26 февраля 2017 23:10
Yazı super alinib. Çox boyuk heqiqetler var. tesekkurler

Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив