yüklənir
24-02-2017, 18:06 от Ramid

Yadplanetlilər Sabirabadda... - İlk fantastik hekayə! / Son Xəbərlər / Köşə yazıları

Azərbaycan adlanan bir diyarda Sabirabad adlı bir rayondaydıq. Qarlı bir qış gecəsi idi. Qış bu bölgədə həmişə mülayim keçirdi.Lakin bu il digər qışlardan çox fərqlənirdi. Hava çox soyuq idi. Qış qədəm qoyandan qarlı günlər bir-birinin ardınca bitmək bilmirdi. Mən çoxdandı görmədiyim qohumlara baş çəkməyə gəlmişdim.  Buraların insanları da deyərdim ki, digər rayon insanlarından fərqlənirlər. Çünki çox qayğıkeş insanlardılar. Məsələn mən qohumlarla harasa gəzməyə getdikdə hamı onlarda qonaq qalmağı mənə təklif edirdilər. Hətda valideynlərimin tanımadığı adamlar onları soruşub məndən salam göndərirdilər. Yəni istiqanlı və çox qonaqpərvərdilər.Burada olduğum bir-neçə gün mənim üçün çox maraqlı oldu. Amma halbuki, gəlməmişdən düşünürdüm ki, rayon yeridir darıxacam. Amma düzü məni darıxmağa qoymadılar və buradan gedərkən yayda bir daha gələcəyimi qərara aldım. Çünki gəzməli yerlər vardı və o yerləri yayda görmək daha yaxşı olardı. Məsələn Kürlə Arazın qovuşduğu yer, Bulduq və Ulacalı meşələrini görmək gəzmək istərdim. Yadıma gəlir bir dəfə uşaq vaxtı gəldikdə Kürün sahilində yaxşı oynayıb əylənmişdik. Bu yay onu təkrar edəcəyimi söz verdim. Qohumlara da bu haqda bildiriş verdim. Daha sonra biraz xalaoğlu  ilə deyib-gülüb Bakıya yola çıxdım.Aylar keçdi iyun ayı idi. Universitetdə son imtahanları verib yola düşdüm Sabirabada... Xalaoğlu hər dəqiqə yığıb  harda olduğumu soruşurdu.Beləcə hardasa 2 saatlıq yol gözqırpımında bitdi.  Avtovağzalın yanında xalaoğlu ilə görüşüb evə getdik. Hava çox isti idi, getdiyimiz 10 dəqiqəlik piyada yolda toz-torpaq və günəşin dəhşət isti şüaları adamı birtəhər edirdi. Evə çatıb biraz istirahət etdik. Axşamçağı idi. Hara gəzməyə gedək deyə düşünərkən, xalaoğlu dedi ki,  Raul gəl gedək Kürlə Arazın qovuşduğu yerə... Düzü ilk əvvəl düşündüm ki, uzaqdır daha sonra gedərik. Amma sora qərara gəldim ki, elə ora gedib biraz gəzsək yaxşı olardı. Həmdə şəkillər çəkdirib dostlara atardım.  Yadımdan çıxmamış xalaoğlumu da sizinlə tanış edim. Onun adı Taledir. Orta təhsillidir və çox işgüzar və zəhmətkeş insandır. Çox qohumcanlı və diqqətlidir. Biz xalauşaqları bir-birimizdən uzaqda yaşasaqda onun sayəsində bir-birimizdən uzaqlaşmamışıq. Həmişə əlaqə saxlayır, qonaq gəlir. Yəni sözün əsl mənasında yaxşı insan və yaxşı xalaoğludur.  Qayıdaq qaldığımız yerə...
Sabirabadın küçələri ilə Kürlə Arazın qovuşduğu məkana gedirdik... 

Ardını Sabirabad Layf Jurnalının "Yadplanetlilər Sabirabadda..." buraxılışnda buradan daxil olub oxuya bilərsiniz.
Sabirabad Layf Jurnalının buraxılışlarını bu linkdən keçid edərək beynəlxalq platformadan oxuya bilərsiniz...

Müəllif: Ramid Ağayev (Sabirabad Layf Jurnalının təsisçisi və rəhbəri, Google Facbook şirkətlərinin rəsmi partnyoru)

Baxılıb: 579
Şərhlər: 1

1 şərhlər

Gunel / 25 февраля 2017 12:48
Super bir hekayə davamını gözləyirəm. Rayonumuzda belə insanların belə yaradıcı ishlerin olması çox gözəl haldır. Sabirabad Jurnalı uğurlar!!!,

Mesaj saxlamaq

Кликните на изображение чтобы обновить код, если он неразборчив