yüklənir
13-06-2022, 12:34 от RamidAghayev

İntellektual klubların gənclər liqası"nın zona üzrə seçim turu başa çatıb / Son Xəbərlər / Sabirabad Xəbərləri

Sabirabad, İmişli, Beyləqan, Füzuli, Şirvan, Salyan, Neftçala, Saatlı, Hacıqabul regionları arasında keçirilən seçim turunda 15 komanda, 80-dən çox gənc iştirak edərək öz intellektlərini sınayıb və finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar.
Yekunda İmişli rayonunu təmsil edən "İmişli" komandası daha çox suala doğru cavab verərək zona finalının qalibi olub və əsas finala vəsiqə qazanıb. Sabirabadı təmsil edən "Kişi sözü" komandası II, Şirvanı təmsil edən "Next" komandası isə III yerin sahibi olub. Qaliblər kubok, medal, sertifikat və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, Bakı və regionlar üzrə qalib olan komandalar 18-19 iyun tarixlərində Bakıda keçiriləcək 2️ günlük final mərhələsində iştirak edəcəklər.

Tədbirdən olan fotoları sizə təqdim edirik









Baxılıb: 996
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq