yüklənir
13-05-2022, 08:19 от RamidAghayev

"Gələcəyin üçün seç!" layihəsi uğurla başa çatıb. / Son Xəbərlər

İşıqlı Gələcək Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində orta məktəblərin yuxarı siniflərində təhsil alan gənclər də daxil olmaqla ixtisas seçimi prosesində əziyyət çəkən, öz bilik və bacarıqlarını, maraqlarını qiymətləndirməkdə çətinlik çəkən, qərar verə bilməyən 20 nəfər gəncin 4 günlük təlimlərə cəlb olunmaqla onlara dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində dəyərlərin müəyyən olunması, bilik və bacarıqların aşkarlanması, maraqların seçilməsi və qərarvermə prosesi istiqamətində həyata keçirilən təlimlər iştirakçı gənclərə növbəti mərhələdə ixtisas seçimi prosesində kənar təsirlərə məruz qalmadan sərbəst seçim etmə imkanı verib.Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilib.










 

Baxılıb: 227
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq