yüklənir
16-08-2021, 21:22 от NuraHeydərli

Yeni layihə üzrə bu il 5 minə yaxın uşaq sosial reabilitasiyaya cəlb olunacaq / Son Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət sifarişi əsasında icra olunan daha bir layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətləri göstərilir. "Sağlamlıq imkanları məhdud uşaqların sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" adlanan layihə üzrə Bakıda və ölkəmizin bölgələrində sosial reablitasiya mərkəzləri təşkil olunub.Məlumata görə, həmin mərkəzlərdə autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli uşaqlar reabilitasiya xidmətləri həyata keçirilir, habelə bacarıqlarının inkişaf etdirilməsi üçün hər biri ilə fərdi plan əsasında iş aparılır. Məqsəd sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasında ailələrin bilik və bacarıqlarının inkişafına dəstək verilməsidir.
Yeni layihə üzrə bu il 5 minə yaxın uşağın sosial reabilitasiyaya cəlb olunması nəzərdə tutulub.

Baxılıb: 109
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq