yüklənir
16-08-2021, 21:17 от NuraHeydərli

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3% azalıb / Son Xəbərlər

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2,502 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 2,9% azdır.Hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,540 mlrd. dollar, idxalı isə 962,355 mln. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 9,9% azalıb, idxal isə 10,8% artıb.
Nəticədə, 2021-ci ilin yanvar-iyul aylarında 577,251 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,4% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.


Baxılıb: 312
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq