yüklənir
14-08-2021, 21:09 от NuraHeydərli

Azərbaycana bu il Koreyadan avtomobil idxalı kəskin artıb / Son Xəbərlər

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Cənubi Koreyadan 44,063 mln. ABŞ dolları dəyərində 6 662 yeni minik avtomobili idxal edib.
Hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində iki dəfəyə yaxın (96,2%), dəyər ifadəsində isə 74,6% artıb. İdxal edilən yeni avtomobillərin çoxu mühərrikinin həcmi 1 500-2 500 kub sm (23,081 mln. dollarlıq 3 017 vahid) olan avtomobillər olub. Sözügedən kateqoriyadakı avtomobillər həmçinin dəyər ifadəsində də idxalda ən böyük pay sahibi olub.
Qeyd edək ki, ilin ilk yarısında Azərbaycan Cənubi Koreyadan 206,9 min dollarlıq 28 yeni hibrid minik avtomobili idxal edib.

Baxılıb: 43
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq