yüklənir
14-08-2021, 21:02 от NuraHeydərli

Merkel istefadan sonra 15 min avro pensiya alacaq / Son Xəbərlər

Almaniya kansleri Angela Merkel əqaüdə çıxdıqdan sonra təxminən 15 min avro pensiya alacaq.Məlumata görə, bu barədə Almaniyanın "Focus" jurnalı Vergi Ödəyiciləri Birliyinin hesablamalarına istinadən bildirir.
Bu məbləğ Angela Merkelin Bundestaqda uzun müddət qalması və federal nazir və kansler vəzifələrində çalışması ilə izah edilir.
Qeyd edək ki, Angela Merkel 2005-ci ildən etibarən kansler vəzifəsində çalışır. O, həmçinin qadın və gənclərlə iş üzrə nazir (1991-1994-cü illərdə) və ətraf mühit naziri (1994-1998-ci illər) vəzifələrində da işləyib. Sentyabr ayında Almaniyada keçiriləcək parlament seçkilərindən sonra kanslerin vəzifədən gedəcəyi gözlənilir.

Baxılıb: 67
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq