yüklənir
2-08-2021, 21:54 от NuraHeydərli

Süleyman Soylu: “Meşə yanğınları ilə əlaqədar 300-ə yaxın şikayət almışıq” / Son Xəbərlər

“Meşə yanğınları ilə əlaqədar 300-ə yaxın şikayət almışıq, amma bunlar təxribatdırmı, diqqətsizlik və ya terrordurmu, bunu tək-tək araşdırırıq”.Məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir xəbərdarlıq edərək deyib ki, Türkiyənin əleyhinə xüsusilə sosial şəbəkələr vasitəsilə təxribat yaradanlar araşdırılır: “Sosial şəbəkələrdə Amerikadan, Avropadan yüzlərlə yeni hesab açılıb. Millətimizi qorxuya salmaq, əndişə, nifrət yaratmaq üçün təxribatlar törədirlər. Ölkə daxilində də belələri var. Qanunun tələbləri çərçivəsində onlar cəzalandırılacaq”.

S.Soylu yanğınlarla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Muğladan 10 min əhalinin təxliyə edildiyini deyib.


Baxılıb: 40
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq