yüklənir
31-07-2021, 21:46 от NuraHeydərli

Türkiyə Azərbaycan qazının idxalını azaldıb / Son Xəbərlər

Bu ilin yanvar-may aylarında Türkiyə Azərbaycandan 4 355,89 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 3,8% azdır.
Məlumata görə,Türkiyə 2020-ci ilin yanvar-may aylarında Azərbaycandan 4 527,39 mln. kubmetr qaz idxal edib.
Cari ilin may ayında Türkiyə Azərbaycandan 426,72 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 51,6% azdır. May ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur.

Baxılıb: 33
Şərhlər: 0

0 şərhlər

Bu məqaləyə şərh yazılmayıb. İlk sən yaz!


Mesaj saxlamaq